Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,95280,00%Brent98,77$5,77%Qızıl7.423,930,00%TRY/AZN0,03480,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

NİDERLAND İNVESTİSİYALARININ HƏCMİNİ 3 DƏFƏ ARTIRDI: AZƏRBAYCANA 60,1 MİLYON DOLLAR YATIRILDI

Biznes TV1 dəq oxu
Paylaş
NİDERLAND İNVESTİSİYALARININ HƏCMİNİ 3 DƏFƏ ARTIRDI: AZƏRBAYCANA 60,1 MİLYON DOLLAR YATIRILDI

2026-cı ilin ilk 6 ayında Niderlandın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyaları 60,1 milyon ABŞ dolları olub.Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə və ya 40,3 milyon dollar çoxdur.Hesabat dövründə Niderlandın Azərbaycana ümumi birbaşa xarici investisiyalardakı payı 1,6% təşkil edib.Azərbaycan isə yanvar-iyun aylarında Niderland iqtisadiyyatına 11,05 milyon dollar investisiya yatırıb. Bu, illik müqayisədə 6 dəfə çoxdur.Ümumilikdə, ilin ilk yarısında Azərbaycana 3,666 milyard dollar birbaşa xarici investisiya qoyulub. Azərbaycanın xaricə yatırdığı investisiyaların həcmi isə 5 milyard dollar olub.

pulinvestisiyabiznesiqtisadiyyatazərbaycanölkə