Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,95280,00%Brent98,77$5,77%Qızıl7.423,930,00%TRY/AZN0,03480,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

SAHİBKARLARIN NƏZƏRİNƏ: KOB EVLƏRİNDƏ 23 SAHƏ ÜZRƏ LİSENZİYA VERİLİR

Biznes TV1 dəq oxu
Paylaş
SAHİBKARLARIN NƏZƏRİNƏ: KOB EVLƏRİNDƏ 23 SAHƏ ÜZRƏ LİSENZİYA VERİLİR

KOB evlərində sahibkarlara lisenziyaların alınması ilə bağlı məlumat verilir, müraciətlərin qəbulu və sənədlərin təqdim edilməsi həyata keçirilir. Bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi məlumat yayıb. Hazır lisenziyanı da KOB evindən götürmək mümkündür. Hazırda dövlət təhlükəsizliyi və maliyyə bazarları ilə bağlı fəaliyyətlər istisna olmaqla, 23 fəaliyyət növü üzrə lisenziya almaq üçün KOB evlərinə müraciət etmək olar.Lisenziya almaq üçün KOB evləri və ASAN xidmət mərkəzləri ilə yanaşı, “Lisenziyalar və icazələr” portalı vasitəsilə də elektron müraciət etmək mümkündür.Tələb olunan sənədlər qaydalara uyğun olduqda lisenziya 10 iş günündən gec olmayaraq verilir. Regionlarda dövlət rüsumuna 50 faiz güzəşt tətbiq olunur. Qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, lisenziya müddətsiz verilir.Bakı, Gəncə, Xaçmaz, Yevlax və Şuşadakı KOB evlərində indiyədək sahibkarlara 379 lisenziya verilib.Ümumilikdə isə 1 sentyabr 2026-cı il tarixinə İqtisadiyyat Nazirliyi tərəfindən müxtəlif sahələr üzrə 20 397 lisenziya verilib.

azərbaycanölkəbiznesiqtisadiyyat