Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent105,12$2,33%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

Paytaxtın su təchizatına böyük dəstək: Dünya Bankından 1.5 milyon dollar ayrıldı

Biznes TV1 dəq oxu
Paylaş
Paytaxtın su təchizatına böyük dəstək: Dünya Bankından 1.5 milyon dollar ayrıldı

Dünya Bankı Azərbaycana “İqlimə davamlı və səmərəli su təchizatı” layihəsinin hazırlanması üçün 1,5 milyon ABŞ dolları qrant ayırıb. Report xəbər verir ki, Vəsait əsasən Bakıda su təchizatının yaxşılaşdırılması, su ehtiyatlarının idarə olunmasında rəqəmsal həllərin tətbiqi, enerji səmərəliliyinin artırılması və su təchizatında fasilələrin azaldılması üçün istifadə olunacaq.Qrant hesabına həmçinin layihənin texniki-iqtisadi əsaslandırması, investisiya planının və tender sənədlərinin hazırlanması, eləcə də ekoloji və sosial sənədlərin hazırlanması nəzərdə tutulur. Layihənin icrasını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirəcək. Qrant vəsaitlərindən istifadə müddəti 2027-ci il dekabrın 31-dək nəzərdə tutulub.

#iqtisadixeber#biznestv