Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent105,20$3,94%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%

Xəbərlər

Azərbaycan və dünya iqtisadiyyatından operativ xəbərlər

Prezident “Vista Equity Partners” şirkətinin icraçı direktorunu qəbul edib
İqtisadiyyat

Prezident “Vista Equity Partners” şirkətinin icraçı direktorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də texnologiya sektorunda alternativ investisiyaların idarə edilməsi üzrə fəaliyyət göstərən ən nüfuzlu investisiya şirkətlərindən biri olan “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktoru Robert Smiti qəbul edib. “Biznes TV” xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun dünyanın qabaqcıl maliyyə qurumlarından biri olan “Vista Equity […]

2 dəq oxu
Assosiasiya: Azərbaycanda tikinti materiallarının qiymətlərinin dəyişməsi yeni tikililərə təsir edir
İqtisadiyyat

Assosiasiya: Azərbaycanda tikinti materiallarının qiymətlərinin dəyişməsi yeni tikililərə təsir edir

Azərbaycanın daşınmaz əmlak bazarındakı proseslərin tikinti materialları bazarı ilə birbaşa bağlılığı var. Bunu açıqlamasında Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası Kommersiya Hüquqi Şəxslərinin İttifaqının sədri Ramiz İsayev bildirib. Onun sözlərinə görə, yeni tikililərin sayında, həmçinin tikinti materiallarının qiymətlərində baş verən dəyişikliklər əmlakların da alqı-satqı və qiymətlərinə müxtəlif formada təsir göstərir: “Tikinti materiallarının bahalaşması əmlak bazarındakı qiymətlərə də […]

2 dəq oxu
Bakıda ilk dəfə beynəlxalq metal simpoziumu keçiriləcək
İqtisadiyyat

Bakıda ilk dəfə beynəlxalq metal simpoziumu keçiriləcək

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində sentyabrın 17-30-u tarixlərində “Baku Steel Art 2024” adlı beynəlxalq metal simpoziumu təşkil ediləcək. “Biznes TV” xəbər verir ki, simpoziumun təşkilində məqsəd incəsənət və metallurgiyanın ekoloji dəyişikliklər və davamlı inkişafın katalizatoru kimi çıxış edə biləcəyini nümayiş etdirməkdir. Məlumata görə, simpoziumda 7 ölkədən (Azərbaycan, Gürcüstan, Türkiyə, Rumıniya, […]

3 dəq oxu
Qızılın qiyməti yeni rekord qırıb
İqtisadiyyat

Qızılın qiyməti yeni rekord qırıb

Dünya bazarlarında qızılın unsiyasının qiyməti 2583 dollara qədər bahalaşaraq yeni rekord qırıb. Bu gün qızıl daha 1.7% dəyər qazanıb. Qiymətli metal bu il təxminən 20 faiz, son 12 ayda isə 31% bahalaşıb. Qızılın bahalaşmasının səbəbləri ABŞ-da inflyasiya, mərkəzi bankların və Çində istehlakçıların alışlarının artması, həmçinin Yaxın Şərq və Ukraynadakı münaqişələrdir.

1 dəq oxu
The Economist: Azərbaycan manatının məzənnəsi 2029-cu ilə kimi sabit qalacaq
İqtisadiyyat

The Economist: Azərbaycan manatının məzənnəsi 2029-cu ilə kimi sabit qalacaq

Azərbaycan manatının məzənnəsi 2029-cu ilə kimi sabit qalacaq. “Biznes TV” xəbər verir ki, bu barədə “The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit”in ölkə ilə bağlı proqnozunda bildirilib. Qeyd edilib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarına nisbətdə sabit məzənnə rejimi tətbiq edir. Manatın proqnozu sabitdir və bu, böyük həcmdə cari əməliyyatlar […]

1 dəq oxu
AYİB-in Türkiyə və Qafqaz üzrə idarəedici direktoru ilə görüş keçirilib
İqtisadiyyat

AYİB-in Türkiyə və Qafqaz üzrə idarəedici direktoru ilə görüş keçirilib

AYİB-in Azərbaycanda dövlət – özəl tərəfdaşlığı layihələrində, o cümlədən dəniz suyunun duzsuzlaşdırılması layihəsində iştirakı ilə bağlı məsələlər müzakirə olunub. İqtisadiyyat naziri Mikayıl Cabbarov AYİB-in Türkiyə və Qafqaz üzrə yeni idarəedici direktoru Elizabeta Falçetti ilə görüşüb, fəaliyyətində uğurlar arzulayıb. Görüşdə Azərbaycanın AYİB-lə müxtəlif istiqamətlər üzrə uğurlu əlaqələri vurğulanıb. Qeyd olunub ki, qarşıya qoyulmuş inkişaf hədəflərinin reallaşdırılması […]

1 dəq oxu
2024-cü ilin yanvar-avqust aylarında Ümumi Daxili Məhsul istehsal
İqtisadiyyat

2024-cü ilin yanvar-avqust aylarında Ümumi Daxili Məhsul istehsal

Dövlət Statistika Komitəsi 2024-cü ilin yanvar-avqust aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumat açıqlayıb 2024-cü ilin yanvar-avqust aylarında ölkədə 80960,3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,2 faiz, qeyri neft-qaz sektorunda isə 7,0 faiz artmışdır. ÜDM istehsalının 37,9 […]

1 dəq oxu
Azərbaycana 8 ildə 6 mindən çox elektrik mühərrikli nəqliyyat vasitəsi gətirilib
İqtisadiyyat

Azərbaycana 8 ildə 6 mindən çox elektrik mühərrikli nəqliyyat vasitəsi gətirilib

2017-2023-cü illərdə Azərbaycana 4 236 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal edilib. “Biznes TV” bu barədə Dövlət Gömrük Komitəsinin açıqladığı göstəricilərə istinadən xəbər verir. Ölkəyə elektrikli nəqliyyat vasitələrinin idxalı 2017-ci ildə 88 ədəd, 2018-ci ildə 101 ədəd, 2019-cu ildə 132 ədəd, 2020-ci ildə 167 ədəd, 2021-ci ildə 160 ədəd, 2022-ci ildə 486 ədəd, 2023-cü ildə […]

2 dəq oxu
Bu il “Vodafone” “Azerconnect Group” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.
Texnologiya

Bu il “Vodafone” “Azerconnect Group” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb.

Ölkənin ən böyük özəl mobil operatoru “Bakcell” dünyanın aparıcı telekommunikasiya şirkəti “Vodafone Group”dan strateji tərəfdaşlıq dəstəyi alacaq. Bu il “Vodafone” “Azerconnect Group” ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən “Bakcell”, qrupa bağlı şirkət olaraq, xidmət təkliflərini artırmaq məqsədilə süni intellekt əsaslı həllər və qabaqcıl məhsullar da daxil olmaqla, “Vodafone” şirkətinin təcrübəsindən istifadə edəcək. “Vodafone” 15 ölkədə […]

2 dəq oxu