Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,09$3,29%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
İqtisadiyyat

SƏNAYE ZONALARINDA İSTEHSALIN HƏCMİ ARTIB

Biznes TV2 dəq oxu
Paylaş
SƏNAYE ZONALARINDA İSTEHSALIN HƏCMİ ARTIB

SƏNAYE ZONALARINDA İSTEHSALIN HƏCMİ ARTIB İNVESTORLAR 10 İL MÜDDƏTİNƏ VERGİDƏN AZAD OLUNURLAR

2026-cı ilin birinci rübü ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında istehsalın həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz artıb.

Belə ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarının rezidentləri tərəfindən 2026-cı ilin birinci rübündə 883 milyon manat dəyərində məhsul istehsal edilib. Bu 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz çoxdur.

Qeyd edək ki,sənaye zonalarında rezidentlər üçün əlverişli biznes və investisiya mühiti yaradılıb. İnvestorların fəaliyyətinin təşviqi məqsədilə sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq və mənfəət vergilərindən azad edilir, həmçinin istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara 10 il müddətinə ƏDV və gömrük rüsumları üzrə azadolmalar tətbiq olunur.

iqtisadiyyatxəbərlər

Oxşar materiallar

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?
İqtisadiyyat

İŞÇİLƏRİN EZAMİYYƏ QAYDALARINDA DƏYİŞİKLİKHANSI HALDA MÜDDƏT 40 GÜNDƏN ARTIQ OLA BİLMƏZ?

Maliyyə Nazirliyinin Kollegiyası “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.”Report” xəbər verir ki, bununla bağlı nazir Sahil Babayev yeni qərar imzalayıb.Qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Dövlət Mühafizə Xidmətinin və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarının ezamiyyət müddəti yolda olduğu müddət hesaba alınmamaqla, 40 gündən çox ola bilər.Azərbaycanda işçilərin ezamiyyət müddəti […]

1 dəq oxu
ÖLKƏDƏ İŞLƏYƏNLƏRİN SAYI ARTDI
İqtisadiyyat

ÖLKƏDƏ İŞLƏYƏNLƏRİN SAYI ARTDI

ÖLKƏDƏ İŞLƏYƏNLƏRİN SAYI ARTDIAQRAR SEKTORDA ƏN AZ MUZDLU İŞÇİ VAR Bu iyunun 1-nə Azərbaycanda muzdla çalışan işçilərin sayı ötən il iyunun 1-i ilə müqayisədə 1,2 % çox – 1 milyon 790,6 min nəfər olub. Dövlət Statistika Komitəsinin məlumatına görə onlardan 859,9 min nəfəri dövlət, 930,7 min nəfəri isə özəl sektorda fəaliyyət göstərib. Muzdla çalışan işçilərin […]

1 dəq oxu
TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDER
İqtisadiyyat

TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDER

TƏHSİL NAZİRLİYİNDƏN MİLYONLUQ TENDERMƏKTƏBLƏRDƏ TƏMİR-BƏRPA İŞLƏRİNƏ BAŞLANILIR Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi respublika üzrə təhsil müəssisələrində təmir və kommunal-kommunikasiya işlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Oxu.Az-ın məlumatına görə, tenderin ehtimal olunan qiyməti 9 milyon 144 min 217 manat təşkil edir. Satınalma çərçivəsində ölkə üzrə təhsil müəssisələrində cari və […]

1 dəq oxu