Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97760,00%Brent101,21$3,36%Qızıl7.448,800,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Dünya

Şimali Kipr Türk Respublikasının yaranmasının 41-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib

Biznes TV2 dəq oxu
Paylaş
Şimali Kipr Türk Respublikasının yaranmasının 41-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilib
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Noyabrın 28-də Baku Marriott Hotel Boulevard-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) yaranmasının 41-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib.

ŞKTR Bakı nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə Türkiyə Respublikasının Azərbaycandakı səfiri Dos. Dr. Cahit Bağcı və Səfirliyin müşavirləri, Azərbaycan Milli Məclisinin deputatları, dövlət və hökumət rəsmiləri, xarici diplomatik nümayəndəliklərin əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin sədri Mürsəl Rüstəmov və nümayəndə heyəti, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri və iş adamları iştirak ediblər.

Tədbirin açılışında ŞKTR Bakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer Azərbaycan xalqını və Prezident İlham Əliyevi ölkəmizin beynəlxalq COP29 iqlim konfransına yüksək səviyyəli ev sahibliyi münasibətilə təbrik edib. O, Şimali Kiprin müstəqilliyinin dost və qardaş Azərbaycanda qeyd edilməsinin qürurverici olduğunu vurğulayıb. Ufuk Turganer ölkəsinin Türkiyənin dəstəyi ilə daha da inkişaf edəcəyinə inamını ifadə edib.

Milli Məclisin Azərbaycan-Şimali Kipr parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev çıxışında Kipr türklərinin ortaq dəyərlərə və türk kimliyinə dərin bağlılığı ilə böyük Türk dünyasının ayrılmaz parçası olduğunu qeyd edib. O vurğulayıb ki, Azərbaycan türk dövlətləri arasında siyasi və iqtisadi əlaqələrin inkişafına, təhlükəsizlik sahəsində əməkdaşlığa mühüm töhfələr verərək, türk birliyinin möhkəmlənməsinə daima dəstək olub.

Rəsmi çıxışlardan sonra tədbir ziyafətlə davam edib.

Oxşar materiallar

“BMW”DƏ TƏHLÜLƏKİ QÜSURYÜZ MİNLƏRLƏ MODEL GERİ ÇAĞIRILIR
Dünya

“BMW”DƏ TƏHLÜLƏKİ QÜSURYÜZ MİNLƏRLƏ MODEL GERİ ÇAĞIRILIR

Almaniyanın nəhəng avtomobil istehsalçısı olan “BMW” konserni mühərrikin işə salınması sistemində aşkar edilən nasazlıq səbəbindən dünya üzrə 744 min 234 avtomobili geri çağırır.“Bild” qəzeti xəbər verir ki, geriçağırılma kampaniyası çərçivəsində təkcə Almaniyada təxminən 42 min 300 avtomobil yoxlanılacaq. Geriçağırılma 2020-ci il iyulun 31-dən 2026-cı ilin fevralın 26-dək olan müddətdə istehsal edilən müəyyən BMW 2, 3, […]

2 dəq oxu
MERCEDES-BENZ”Ə ABŞ-DƏ QADAĞAAVTOMOBİLİN SATIŞI DAYANA BİLƏR
Dünya

MERCEDES-BENZ”Ə ABŞ-DƏ QADAĞAAVTOMOBİLİN SATIŞI DAYANA BİLƏR

ABŞ Senatına təqdim olunan qanun layihəsi “Mercedes-Benz”ə ciddi zərbə vura bilər.Sənəd çinli investorların 15%-dən çox paya sahib olduğu istehsalçıların avtomobillərinin ABŞ-yə idxal edilməsini, həmçinin orada istehsal olunmasını və ya satılmasını qadağan etməyi nəzərdə tutur. “Mercedes”də məhz belə bir vəziyyət yaranıb.“Mercedes” səhmlərinin təxminən 10%-i Çinin BAIC avtomobil istehsalçısına, daha 10%-ə yaxını isə çinli iş adamı Li […]

2 dəq oxu