Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent105,38$2,09%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Dünya

POLŞADA QEYRİ-ADİ ROBOT MİTİNQİ

Biznes TV1 dəq oxu
Paylaş
POLŞADA QEYRİ-ADİ ROBOT MİTİNQİ

Polşanın paytaxtı Varşavada, Rəqəmsal Texnologiyalar Nazirliyinin önündə maraqlı bir aksiya keçirilib. Etirazda insanlar yox, insanabənzər və dördayaqlı robotlar iştirak ediblər. "Demokratizm" təşəbbüsü tərəfindən təşkil edilən aksiyada robotlar əllərində bayraq tutaraq "İş yerlərini qoruyaq" və "Tənzimləmə zamanıdır" şüarları səsləndiriblər.Təşkilatçılar bu addımla süni intellekt və robotların inkişafı nəticəsində insanların işini itirməsi təhlükəsinə diqqət çəkmək istəyiblər. Bildirilib ki, robotlar və süni intellekt tezliklə həm fiziki, həm də ofis işlərində insanları əvəz edə bilər.Polşanın rəqəmsal inkişaf naziri Kşiştof Qavkovski təşkilatçılarla görüşərək razılaşdığını bildirib. O qeyd edib ki, nəzarətsiz inkişaf edən süni intellekt və robotlaşma cəmiyyət və iş bazarı üçün ciddi problemlər yarada bilər..

robotetirazpolşaaksiya