Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent105,00$2,44%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Dünya

SÜNİ İNTELLEKTLƏ BAĞLI YENİ QADAĞALAR

Biznes TV2 dəq oxu
Paylaş
SÜNİ İNTELLEKTLƏ BAĞLI YENİ QADAĞALAR

KİMLƏR, NƏ QƏDƏR CƏRİMƏ EDİLƏCƏK? SÜNİ İNTELLEKTLƏ BAĞLI YENİ QADAĞALAR

Süni intellektlə bağlı cərimə və cəzalar qüvvəyə minib.Qərara əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materiallar hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda

internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma 3 min manatdan 7 min manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər,habelə 3 ilədək azadlığın məhdudlaşdırılması, eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.Qanuna görə, eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə – 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.Bundan başqa, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yaymanın 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.Sənədə görə süni intellekt texnologiyaları vasitəsilə hazırlanan foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir.

cəriməqadağaqlobalsunixəbərlər

Oxşar materiallar

GÜRCÜSTAN MİQRANTLARI ÖLKƏDƏN ÇIXARIR
Dünya

GÜRCÜSTAN MİQRANTLARI ÖLKƏDƏN ÇIXARIR

GÜRCÜSTAN MİQRANTLARI ÖLKƏDƏN ÇIXARIR4 MİN NƏFƏR DEPORTASİYA OLUNACAQ 2026-cı ildə Gürcüstandan ən azı 4 min qeyri-qanuni miqrantın çıxarılması planlaşdırılır. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ötən il Gürcüstanda təqribən 20 min qanunsuz miqrant olub. “Son bir il ərzində Gürcüstandan son 10 illə müqayisədə daha çox qanunsuz miqrant çıxarılıb. […]

1 dəq oxu
MAHMUD ƏHMƏDİNEJAD İSRAİLİN ADAMI OLUB?
Dünya

MAHMUD ƏHMƏDİNEJAD İSRAİLİN ADAMI OLUB?

MAHMUD ƏHMƏDİNEJAD İSRAİLİN ADAMI OLUB?İRANIN SABİQ PREZİDENTDİ İLƏ BAĞLI QALMAQALLI İDDİA İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. Bu barədə “The New York Times“da dərc olunan yazıda bildirilib. Qeyd olunub ki, Əhmədinejad 2024-cü ildə Macarıstanın paytaxtı Budapeştdə İsrailin xarici kəşfiyyat xidməti “Mossad”la görüş keçirib. Anonim ABŞ rəsmiləri hətta […]

2 dəq oxu
XARİCDƏN ÖLKƏYƏ MAL GƏTİRLMƏSİ QAYDASI DƏYİŞİR
Dünya

XARİCDƏN ÖLKƏYƏ MAL GƏTİRLMƏSİ QAYDASI DƏYİŞİR

XARİCDƏN ÖLKƏYƏ MAL GƏTİRLMƏSİ QAYDASI DƏYİŞİR24 AY KEÇİD DÖVRÜ NƏZƏRDƏ TUTULUR Qeyri-qida istehlak malları ilə bağlı idxal nəzarət mexanizmi yaradılır. Gömrük Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən ölkəyə gətirilən malların uyğunluq sertifikatı və bəyannaməsi, eyni zamanda tanınmış xarici mənşəli uyğunluq sənədlərlə müşayiət olunmalıdır. Bununla ölkəyə gətirilən qeyri-qida istehlak mallarına tətbiq edilən rejimin yerli və ya digər […]

2 dəq oxu
“PORSCHE”DƏ VƏZİYYƏT GƏRGİNLƏŞİR
Dünya

“PORSCHE”DƏ VƏZİYYƏT GƏRGİNLƏŞİR

“PORSCHE”DƏ VƏZİYYƏT GƏRGİNLƏŞİRSATIŞLAR DÜŞDÜ, MİNLƏRLƏ İŞÇİ İXTİSAR EDİLƏCƏK Almaniyanın avtomobil sənayesində müşahidə olunan geriləmə lüks avtomobil istehsalçısı Porschenin xərcləri azaltmasına səbəb olub.Şirkət əlavə 4 min iş yerinin ixtisarını planlaşdırır.Fed.az xəbər verir ki,2026-cı ilin ilk altı ayında Porsche-nin satışları demək olar ki, bütün əsas bazarlarda azalıb.Rəhbərlik satışların azalmasını daxiliyanma mühərrikli 718 modelinin istehsalının dayandırılması, ötən il […]

2 dəq oxu