Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent108,95$7,65%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Dünya

“TEMU” TÜRKİYƏ BAZARINDA QAYDALARI DƏYİŞDİ

Biznes TV2 dəq oxu
Paylaş
“TEMU” TÜRKİYƏ BAZARINDA QAYDALARI DƏYİŞDİ

XARİCDƏN MƏHSUL GÖNDƏRİŞİ DAYANDIRILDI “TEMU” TÜRKİYƏ BAZARINDA QAYDALARI DƏYİŞDİ

Çinin ticarət platforması olan “Temu” Türkiyə bazarında mühüm dəyişiklik edib.Musavat.com xəbər verir ki, platforma Türkiyədən daxil olan istifadəçilər üçün xarici satıcılara məxsus məhsulların satışını tamamilə dayandırıb.Qərardan sonra tətbiqə Türkiyədən giriş edən alıcılar yalnız yerli satıcıların təklif etdiyi məhsulları görə bilir.Məlumata görə, “Temu”da daha əvvəl mövcud olan xarici satıcılara aid məhsullar türk istifadəçilər üçün gizlədilib. Bununla da Türkiyəyə birbaşa xaricdən məhsul göndərişi faktiki olaraq dayandırılıb.Xatırladaq ki, yanvarın 7-də yeni qərarla xaricdən poçt və ya kuryer vasitəsilə edilən alış-verişlərdə tətbiq olunan 30 avro məbləğində vergi güzəşti ləğv edilib. Bununla da internet üzərindən rüsumsuz xarici alış-veriş faktiki olaraq sona çatıb. Sözügedən tənzimləmə xüsusilə xarici mərkəzli e-ticarət platformalarının Türkiyədəki fəaliyyətinə ciddi təsir göstərib. Bu dəyişikliklərdən qısa müddət sonra, yanvarın 21-də Türkiyənin Rəqabət Qurumu “Temu”nun ölkədəki ofisində yoxlama aparıb. Yoxlama zamanı bəzi rəqəmsal materialların götürüldüyü bildirilir.

məhsulqaydaqlobaltürkiyəxəbərlər

Oxşar materiallar

BU ŞƏXLƏR ÜÇÜN TÜRKİYƏYƏ GİRİŞ ASANLAŞA BİLƏR
Dünya

BU ŞƏXLƏR ÜÇÜN TÜRKİYƏYƏ GİRİŞ ASANLAŞA BİLƏR

BU ŞƏXLƏR ÜÇÜN TÜRKİYƏYƏ GİRİŞ ASANLAŞA BİLƏRHÖKUMƏT YENİ GÜZƏŞTLƏR HAZIRLAYIR Türkiyə Böyük Millət Məclisi Antalyada keçiriləcək COP31 iştirakçıları üçün imtiyaz və güzəştləri nəzərdə tutan beynəlxalq saziş layihəsini müzakirəyə çıxaracaq.Fins.az xəbər verir ki, Ankara ilə BMT arasında razılaşdırılmış sənəd parlamentə təqdim olunub. Saziş təsdiqlənərsə, COP31 iştirakçıları üçün Türkiyəyə giriş-çıxış prosedurları, o cümlədən viza qaydaları sadələşdiriləcək.

1 dəq oxu
GÜRCÜSTAN MİQRANTLARI ÖLKƏDƏN ÇIXARIR
Dünya

GÜRCÜSTAN MİQRANTLARI ÖLKƏDƏN ÇIXARIR

GÜRCÜSTAN MİQRANTLARI ÖLKƏDƏN ÇIXARIR4 MİN NƏFƏR DEPORTASİYA OLUNACAQ 2026-cı ildə Gürcüstandan ən azı 4 min qeyri-qanuni miqrantın çıxarılması planlaşdırılır. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ötən il Gürcüstanda təqribən 20 min qanunsuz miqrant olub. “Son bir il ərzində Gürcüstandan son 10 illə müqayisədə daha çox qanunsuz miqrant çıxarılıb. […]

1 dəq oxu
MAHMUD ƏHMƏDİNEJAD İSRAİLİN ADAMI OLUB?
Dünya

MAHMUD ƏHMƏDİNEJAD İSRAİLİN ADAMI OLUB?

MAHMUD ƏHMƏDİNEJAD İSRAİLİN ADAMI OLUB?İRANIN SABİQ PREZİDENTDİ İLƏ BAĞLI QALMAQALLI İDDİA İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. Bu barədə “The New York Times“da dərc olunan yazıda bildirilib. Qeyd olunub ki, Əhmədinejad 2024-cü ildə Macarıstanın paytaxtı Budapeştdə İsrailin xarici kəşfiyyat xidməti “Mossad”la görüş keçirib. Anonim ABŞ rəsmiləri hətta […]

2 dəq oxu
XARİCDƏN ÖLKƏYƏ MAL GƏTİRLMƏSİ QAYDASI DƏYİŞİR
Dünya

XARİCDƏN ÖLKƏYƏ MAL GƏTİRLMƏSİ QAYDASI DƏYİŞİR

XARİCDƏN ÖLKƏYƏ MAL GƏTİRLMƏSİ QAYDASI DƏYİŞİR24 AY KEÇİD DÖVRÜ NƏZƏRDƏ TUTULUR Qeyri-qida istehlak malları ilə bağlı idxal nəzarət mexanizmi yaradılır. Gömrük Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən ölkəyə gətirilən malların uyğunluq sertifikatı və bəyannaməsi, eyni zamanda tanınmış xarici mənşəli uyğunluq sənədlərlə müşayiət olunmalıdır. Bununla ölkəyə gətirilən qeyri-qida istehlak mallarına tətbiq edilən rejimin yerli və ya digər […]

2 dəq oxu