Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent104,52$2,89%Qızıl7.363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Dünya

TRAMPIN OĞLUNA TƏHDİD

Biznes TV1 dəq oxu
Paylaş
TRAMPIN OĞLUNA TƏHDİD

İran dövlət televiziyasında ABŞ prezidenti Donald Trampın 20 yaşlı oğlu Barron Trampı hədəf alan təhdidedici video yayımlanıb.Publika.az xəbər verir ki, təxminən üç dəqiqəlik süjetdə Trampın oğlunun izlənildiyi iddia olunub və onun öldürülməsi üçün 10 milyon dollar mükafat təklif edildiyi bildirilib. Bununla yanaşı, videoda Barronun gündəlik həyatı, universiteti və mühafizəsi ilə bağlı müxtəlif görüntülər nümayiş etdirilib. ABŞ tərəfi isə videoya ciddi reaksiya verib. ABŞ Məxfi Xidməti materialdan xəbərdar olduğunu və qorunan şəxslərə qarşı təhdid kimi qiymətləndirilə biləcək bütün məlumatları araşdırdığını açıqlayıb.Qeyd edək ki, Barron Tramp ABŞ prezidentinin ən kiçik övladıdır və onun 20 yaşı var. O, əvvəlki illərdə ictimaiyyət qarşısında digər ailə üzvləri ilə müqayisədə daha az görünməsi ilə seçilib.İran mediasının Tramp ailəsinin üzvlərinə qarşı bu cür materiallar yayması ilk hal deyil. Bundan əvvəl ABŞ prezidentinin həyat yoldaşı Melaniya Trampı hədəf alan və onun gündəlik hərəkətlərini izləməyi təsvir edən oxşar təhdidedici video da yayımlanmışdı.

trampiranamerikatəhdidmükafat

Oxşar materiallar

MERCEDES-BENZ”Ə ABŞ-DƏ QADAĞAAVTOMOBİLİN SATIŞI DAYANA BİLƏR
Dünya

MERCEDES-BENZ”Ə ABŞ-DƏ QADAĞAAVTOMOBİLİN SATIŞI DAYANA BİLƏR

ABŞ Senatına təqdim olunan qanun layihəsi “Mercedes-Benz”ə ciddi zərbə vura bilər.Sənəd çinli investorların 15%-dən çox paya sahib olduğu istehsalçıların avtomobillərinin ABŞ-yə idxal edilməsini, həmçinin orada istehsal olunmasını və ya satılmasını qadağan etməyi nəzərdə tutur. “Mercedes”də məhz belə bir vəziyyət yaranıb.“Mercedes” səhmlərinin təxminən 10%-i Çinin BAIC avtomobil istehsalçısına, daha 10%-ə yaxını isə çinli iş adamı Li […]

2 dəq oxu
ABŞ VİZA QAYDALARINI SƏRTLƏŞDİRDİTƏKCƏ ÖZÜNÜZ YOX, YAXINLARINIZ DA VİZA ALA BİLMƏYƏ BİLƏR
Dünya

ABŞ VİZA QAYDALARINI SƏRTLƏŞDİRDİTƏKCƏ ÖZÜNÜZ YOX, YAXINLARINIZ DA VİZA ALA BİLMƏYƏ BİLƏR

ABŞ-də kibercinayətlərə və kibertexnologiyalardan istifadə etməklə törədilən cinayətlərə görə məsuliyyət daşıyan, yaxud bu cür cinayətlərdə, xüsusən də kiberdələduzluq və seksual şantajla pul almada iştirakı olan şəxslərə qarşı yeni viza məhdudiyyətləri siyasəti tətbiq olunur.Bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat yer alıb.Viza məhdudiyyətləri bu cür qanunsuz fəaliyyətə cəlb olunan şəxslərin yaxın qohumlarına da şamil edilə bilər.ABŞ […]

2 dəq oxu
TRAMPIN BİZNESİ İLƏ BAĞLI BÜTÜN VERGİ YOXLAMALARI DAYANDIRILDI
Dünya

TRAMPIN BİZNESİ İLƏ BAĞLI BÜTÜN VERGİ YOXLAMALARI DAYANDIRILDI

TRAMPIN BİZNESİ İLƏ BAĞLI BÜTÜN VERGİ YOXLAMALARI DAYANDIRILDIABŞ-DƏ 1,8 MİLYARD DOLLARLIQ KOMPENSASİYA FONDU YARADILACAQ ABŞ Prezidenti Donald Tramp federal hökumətlə razılıq əldə edib. Razılığa əsasən, ona, ailəsinə və biznesinə qarşı aparılan bütün vergi yoxlamaları dayandırılıb və bu barədə müqavilə imzalanıb.“The Wall Street Journal”ın yazdığına görə, sənədi ABŞ-ın baş prokuror əvəzi Todd Blanş imzalayıb.Məlumata görə, müqavilə […]

2 dəq oxu