Əsas məzmuna keç
Biznes TV
Bazarlar
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent109,00$7,70%Qızıl7.494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Biznes

UCUZ MƏNZİLLƏR SATIŞA ÇIXARILIR MİDA VAXTI VƏ MƏBLƏĞLƏRİ AÇIQLADI

Biznes TV1 dəq oxu
Paylaş
UCUZ MƏNZİLLƏR SATIŞA ÇIXARILIR MİDA VAXTI VƏ MƏBLƏĞLƏRİ AÇIQLADI
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Mənzil İnşaatı Dövlət Agentliyi Binəqədi Yaşayış Kompleksi üzrə 204 mənzilin satışına başlayır. Proses dekabrın 3-ü saat 11-də başlayacaq və dekabrın 12-si saat 11-də başa çatacaq. Binəqədi Yaşayış Kompleksində satışa çıxarılan mənzillərin qiymətlərinə gəlincə studio tipli mənzillər 48 min 120 manatdan, 2 otaqlı mənzillər 69 min 240, 3 otaqlı mənzillər 87 min 480, 4 otaqlı mənzillər 118 800 manatdan başlayır. Satış prosesi “Güzəştli mənzillərin satışına dair qaydalar”a uyğun şəkildə aparılacaq. Qaydalara əsasən, mənzilin dəyərinin ipoteka krediti hesabına ödənilməsi yalnız ilkin razılıq alınaraq elektron kabinetdə təsdiqlənməsindən sonra mümkündür.

Qrafika:

Studio tipli mənzillər – 48 120 manat

2 otaqlı mənzillər – 69 240 manat

3 otaqlı mənzillər – 87 480 manat

4 otaqlı mənzillər – 118 800 manat