AZƏRBAYCAN XARİCƏ DAHA ÇOX POMİDOR SATIB
AZƏRBAYCAN XARİCƏ DAHA ÇOX POMİDOR SATIB
İLK 5 AYDA 120 MİLYON DOLLAR QAZANC GƏTİRİB
2026-cı ilin yanvar-may aylarında Azərbaycandan xaricə 119,8 milyon dollar dəyərində pomidor ixrac edilib.FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyun sayında bildirilir.Məlumata görə, pomidor ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6 milyon dollar artıb. Xatırladaq ki, 2025-ci ilin yanvar-may aylarında Azərbaycandan xaricə 113,8 milyon dollar dəyərində pomidor ixrac edilmişdi.Qeyd edək ki, 2026-cı ilin may ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 27,2% artaraq 396,7 milyon dollar təşkil edib. Ümumilikdə bu dövr ərzində yeyinti və qeyri-yeyinti məhsullarının ixracı da artıb.

