AZƏRBAYCANDAN ERMƏNİSTANA NÖVBƏTİ YANACAQ PARTİYASI
AZƏRBAYCANDAN ERMƏNİSTANA NÖVBƏTİ YANACAQ PARTİYASI
18 VAQON BENZİN VƏ 8 VAQON DİZEL GÖNDƏRİLİB
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub. 18 vaqondan ibarət, çəkisi 971 ton olan Aİ-92 markalı avtomobil benzini və 8 vaqondan ibarət, çəkisi 467 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib. Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox Aİ-92 və Aİ-95 benzini ixrac olunub.

