MANATLA ƏMANƏTLƏR ARTIB
MANATLA ƏMANƏTLƏR ARTIB
MƏRKƏZİ BANKDAN YENİ AÇIQLAMA
2026-cı ilin aprelin 1-nə Azərbaycan banklarında fiziki şəxslərin əmanətlərinin həcmi 16,960 milyard manat təşkil edib.Trend bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, əmanətlərin həcmi bir ay əvvələ nisbətən 248,9 milyon manat azalıb, 2025-ci ilin eyni dövrü ilə müqayisədə isə 1,9 milyard manat artıb.2026-cı ilin aprelin 1-nə fiziki şəxslərin manat ilə əmanətlərinin həcmi 11,8 milyard manat, xarici valyuta ilə isə 5,159 milyard manat təşkil edib.
Milli valyuta ilə əmanətlərin həcmi əvvəlki ayla müqayisədə 141,8 milyon azalıb.
Xarici valyuta ilə isə bu göstərici martın 1-nə olan göstəriciyə nisbətən 107,1 milyon manat aşağı düşüb.Beləliklə, 2026-cı ilin aprelin 1-nə fiziki şəxslərin milli valyuta ilə əmanətləri xarici valyutadakını 2 dəfə üstələyib.




