AZƏRBAYCANIN DÖVLƏT BORCU AZALIB
AZƏRBAYCANIN DÖVLƏT BORCU AZALIB
ÖLKƏNİN STRATEJİ VALYUTA EHTİYATLARI 85.769 MİLYARD ABŞ DOLLARINA
2026-cı il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4,62 milyard ABŞ dollarına bərabər olub. Dövlət Statistika Komitəsinin məlumatına görə bu, 2025-ci illə müqayisədə 7.9% azdır. Təkcə iyunda ölkənin xarici dövlət borcu 25,6 milyon ABŞ dolları azalıb. Bununla yanaşı qeyd olunur ki, 2026-cı il iyulun 1-nə ölkənin strateji valyuta ehtiyatları 85,769 milyard ABŞ dollarına çatıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz çoxdur. Bundan başqa, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-iyun aylarında Azərbaycanda 65,207 milyard manat dəyərində ümumi daxili məhsul istehsal olunub. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz artıb.

