AZƏRBAYCANIN QEYRİ-NEFT İXRACI 13% ARTIB
AZƏRBAYCANIN QEYRİ-NEFT İXRACI 13% ARTIB
GƏLİRLƏR 1,1 MİLYARD DOLLARA ÇATIB
2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 13% artaraq 1,1 milyard dollar təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “İxrac icmalı”nın 2026-cı ilin may ayına dair ilkin göstəricilərində bildirilib. İcmala əsasən, 2026-cı ilin yanvar-aprel bir çox məhsul üzrə ciddi artım qeydə alınıb. Şəkər ixracı 4 dəfə, pambıq iplik 2,3 dəfə artıb. Bundan əlavə, bitki və heyvan yağları, pambıq lifi, meyvə-tərəvəz, alüminium məhsulları, çay və içkilərin ixracında da artım olub.Aqrar məhsullar üzrə ixrac 28,3% artaraq 298,3 milyon dollar, aqrar-sənaye məhsulları isə 31,6% artaraq 119 milyon dollar təşkil edib. Ümumilikdə aqrar və aqrar-sənaye məhsullarının ixracı 417,3 milyon dollara çatıb.




