Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Search the Site
Popular Searches:
iPhone Artificial Intelligence Smartphones
Recent Posts
Ölkədə korporativ yaşıl biznesin idarəedilməsi sistemləri üzrə yeni dövlət standartı qəbul edilib
October 18, 2024
COP29 könüllüləri Xəzər dənizinin Lənkəran sahilində təmizlik aksiyasında iştirak ediblər
September 23, 2024
ÇİN AMERİKA NEFTİ ALMAĞA RAZI OLDU
May 15, 2026
PENSİYA ÖDƏNİŞLƏRİ 10 FAİZ ARTIB
May 15, 2026
39 ÖLKƏ QARABAĞA İNVESTİSİYA QOYMAQ İSTƏYİR
May 15, 2026
Biznes TV Biznes TV
  • Ana səhifə
  • Haqqımızda
    • Haqqımızda
    • Rəhbərlik
    • Struktur
    • Bizi izləyin
  • Xəbərlər
    • İqtisadiyyat
    • Texnologiya
    • Qlobal
    • Siyasi
    • Digər
  • Verilişlər
  • Press reliz
  • Əlaqə
Son Xəbərlər
DAŞINMAZ ƏMLAK BAHALAŞIB
May 15, 2026
GBARU.com
May 15, 2026
AZƏRBAYCANIN QEYRİ-NEFT İXRACI 13% ARTIB
May 15, 2026
Bizi izlə
Canlı yayım
Canli
Ana səhifə/İqtisadiyyat/Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin II iqtisadi forumu keçirilir
İqtisadiyyatXəbərlər

Bakıda Azərbaycan-Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin II iqtisadi forumu keçirilir

September 27, 2024

Azərbaycan – Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin 2-ci iqtisadi forumunda əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib, AZPROMO ilə KƏŞ Ticarət Palataları Federasiyası (FGCCC) arasında Anlaşma Memorandumu imzalanıb.

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan – Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrinin iqtisadi forumu keçirilib.

Azərbaycanın biznes mühiti, ölkəmizdə həyata keçirilən islahatlar barədə KƏŞ ölklərinin biznes dairələrinin məlumatlandırılması və əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirə edildiyi forumda iqtisadiyyat nazirinin müavini Anar Axundov, Qətərin Ticarət və Sənaye Nazirliyinin müşaviri Məhəmməd bin Hassan Al Malki, Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının (KƏŞ) Baş Katibliyinin İqtisadiyyat və İnkişaf Məsələləri üzrə köməkçisi Xalid Bin Əli Əl Sunaidi, KƏŞ Ticarət Palataları Federasiyasının (FGCCC) sədri Şeyx Faisal Bin Abdulla Al-Ravas, aidiyyəti qurumların rəhbərləri və sahibkarlar iştirak ediblər.

Forumda təşkilata üzv dövlətlərlə Azərbaycan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu, qarşılıqlı hörmət və dostluq münasibətlərinin uğurla inkişaf etdiyi diqqətə çatdırılıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Bildirilib ki, Körfəz ölkələri ilə əməkdaşlıq Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və investisiya imkanlarının səmərəli reallaşdırılması baxımından önəm kəsb edir. Enerji, ticarət və infrastrukturun inkişafı sahəsində təşəbbüslər regional sabitlik və rifaha əhəmiyyətli töhfə verir. Bu gün Azərbaycan və KƏŞ ölkələri arasında iqtisadi əlaqələr qarşılıqlı maraq əsasında inkişaf edir. 

Azərbaycanda formalaşmış əlverişli biznes mühiti və xarici investorlar üçün yaradılmış cəlbedici imkanlar, habelə tətbiq edilən vergi və gömrük güzəştləri xarici sərmayədarların ölkəmizə marağını davamlı olaraq artırır. Bərpa olunan enerji, sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat və logistika, rəqəmsallaşma kimi bir çox sahələrdə xarici investorlarla uğurlu birgə layihələr həyata keçirilir.

Forumda AZPROMO ilə KƏŞ Ticarət Palataları Federasiyası (FGCCC) arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəddə AZPROMO və KƏŞ arasında iqtisadi əlaqələrin inkişafı üçün qarşılıqlı fəaliyyətin təşviqi, qarşılıqlı investisiyaların cəlb olunmasının dəstəklənməsi, iqtisadi forumlar, sərgilər və ticarət missiyalarının təşkil edilməsi ilə bağlı əməkdaşlıq məsələləri əksini tapıb.

Tədbir çərçivəsində “Bərpa olunan enerji, təmiz enerji, elektrik və su sahələrində əməkdaşlıq”, “KƏŞ ölkələri ilə Azərbaycan arasında kənd təsərrüfatı, qida təhlükəsizliyi və qida sənayesi sahələrində strateji tərəfdaşlıq” və “Nəqliyyat və logistika sektorlarında çağırışlar və imkanlar” mövzusunda panel sessiyalar təşkil olunub.

İqtisadi forum çərçivəsində təqdimatlar dinlənilib, iş adamları arasında ikitərəfli görüşlər təşkil edilib, əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Əvvəlki yazı

Dünyanın Ən Bahalı Telefonları: 1 Milyon Dollardan Başlayan Qiymətlər!

Növbəti yazı

Bakıda COP29-la bağlı təqdimat keçirilib

Related Posts

İqtisadiyyat
ÇİN AMERİKA NEFTİ ALMAĞA RAZI OLDU
Biznes TV
By Biznes TV
Digər
PENSİYA ÖDƏNİŞLƏRİ 10 FAİZ ARTIB
Biznes TV
By Biznes TV
İqtisadiyyat
39 ÖLKƏ QARABAĞA İNVESTİSİYA QOYMAQ İSTƏYİR
Biznes TV
By Biznes TV
Digər
BAKIDAN DUBAYA REYSLƏR BƏRPA OLUNDU
Biznes TV
By Biznes TV
instagram image
instagram image
instagram image
instagram image
instagram image
instagram image
Instagram
Biznes TV Biznes TV

Biznes TV 2024-cü il, 25 aprel tarixində Sahibkarlar Günündən etibarən fəaliyyətə başlamışdır. İnternet televiziyası olaraq, şirkətlər, sahibkarlar və iş dünyası üçün ən son iqtisadi xəbərlər və biznes analitikası təqdim edən qabaqcıl media platformasıdır.

Son xəbərlər
ÇİN AMERİKA NEFTİ ALMAĞA RAZI OLDU
May 15, 2026
PENSİYA ÖDƏNİŞLƏRİ 10 FAİZ ARTIB
May 15, 2026
39 ÖLKƏ QARABAĞA İNVESTİSİYA QOYMAQ İSTƏYİR
May 15, 2026
Abunə Ol
Youtube
Instagram
Tik Tok
Facebook
Linked In
Twitter
Yeniliklərdən xəbərdar olun

Yayımlanan məlumatdan istifadə edən zaman istinad göstərilməsi məcburidir | Bütün hüquqlar qorunur © 2026 Biznes TV