DÜNYA BAZARINDA ƏN UCUZ METAL BƏLLİ OLDU
BİR TONU 2000 DOLLARDAN AŞAĞIDIR
Qurğuşun dünya bazarlarında alınıb-satılan ən ucuz metal hesab olunur, onun bir tonunun dəyəri 2 000 dollara çatmır.
Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı mütəxəssis Antonina Levaşşenko məlumat verib.Ekspertin sözlərinə görə, qiymətlərin ucuzlaşması əsas istehlak sektorlarında, xüsusilə akkumulyator batareyalarının istehsalı və avtomobil sənayesində tələbatın azalması ilə bağlıdır. Hazırda bu sahələrdə qurğuşun aktiv şəkildə nikel və litiumla əvəz olunur.O qeyd edib ki, qurğuşun, həmçinin binaların mühafizəsi, o cümlədən rentgen aparatlarınınhazırlanması və boya istehsalında istifadə olunur.
Xammalın əsas dünya istehsalçısı 42.3%-lik payla Çin olaraq qalır.




