BAKIDA 13 MİN, BƏZİ RAYONLARDA İSƏ 700 MANATDAN AZ
DÖVLƏT QULLUQÇULARININ MAAŞLARI AÇIQLANDI
Azərbaycanda hazırda 27,4 min dövlət qulluqçusu çalışır və onların 30,3 faizi qadınlardır.
Bunu millət vəkili Vüqar Bayramov Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasında deyib.Onun sözlərinə görə, dövlət qulluqçularının əksəriyyəti Bakıda işləyir. Paytaxtda 13 756 dövlət qulluqçusu olduğu halda, bəzi iqtisadi rayonlarda bu rəqəm 1000 nəfərdən də azdır. Məsələn, Abşeron-Xızıda 662, Dağlıq Şirvanda 696, Mil-Muğanda 720, Şirvan-Salyanda 764, Quba-Xaçmazda isə 795 dövlət qulluqçusu var.Deputat hesab edir ki, regionlarda kadr çatışmazlığının aradan qaldırılması üçün vakansiyalar elan edilərkən regional yanaşma tətbiq olunmalıdır.Vüqar Bayramov əməkhaqqılarındakı fərqlərə də diqqət çəkib. O bildirib ki, 2025-ci ildə dövlət qulluqçularının orta aylıq maaşı 1971 manat olub. Bu göstərici Bakıda 2539 manat olduğu halda, bəzi regionlarda xeyli aşağıdır. Məsələn, Şirvan-Salyanda 1316, Gəncə-Daşkəsəndə 1349, Mərkəzi Aranda 1366, Mil-Muğanda isə 1371 manat təşkil edir.Deputatın fikrincə, regionlarda çalışan dövlət qulluqçuları üçün əlavə əməkhaqqı təşviqlərinin tətbiqi məqsədəuyğun ola bilər.
O, həmçinin qeyd edib ki, dövlət qulluqçularının 69,5 faizi 5 ildən çox iş stajına malikdir və çalışanların təxminən yarısının yaşı 40-dan aşağıdır. Bu isə dövlət qulluğunda gənclərin sayının artdığını göstərir.




