ELEKTRİK ENERJİSİ TİCARƏTİNDƏ QİYMƏT FƏRQİ
ELEKTRİK ENERJİSİ TİCARƏTİNDƏ QİYMƏT FƏRQİ
AZƏRBAYCAN HANSI ÖLKƏDƏN NEÇƏYƏ ALIB, NEÇƏYƏ SATIB?
2026-cı ilin ilk 4 ayında Azərbaycandan xarici ölkələrə 200,7 milyon kVt/saat elektrik enerjisi ixrac edilib. “Yeni Avaz” açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan elektrik enerjisinin ümumi gömrük dəyəri 10,8 milyon dollar təşkil edib. Qeyd edək ki, Azərbaycan elektrik enerjisini 3 ölkəyə – İran, Gürcüstan və Rusiyaya satıb. Bu ölkələrə satılan 1 kVt/saat elektrik enerjisinin orta gömrük dəyəri belə olub.
Gürcüstana – 9,8 qəpik
Rusiyaya – 8,1 qəpik
İrana – 4,8 qəpik
Hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və İrandan 45,4 milyon kVt/saat elektrik enerjisi idxal edib. İdxal olunan elektrik enerjisinin ümumi gömrük dəyəri isə 1,96 milyon dollar olub.Bu ölkələrdən alınan 1 kVt/saat elektrik enerjisinin orta gömrük dəyəri belə olub.Gürcüstandan – 11,1 qəpik,Rusiyayadan – 6,6 qəpik, İrandan – 4,8 qəpik

