İRANIN NEFT SAXLAMAQ ÜÇÜN YERİ TÜKƏNİR
İRANIN NEFT SAXLAMAQ ÜÇÜN YERİ TÜKƏNİR
CƏMİ 20 GÜNLÜK EHTİYAT TUTUMU QALIB
İranın neft saxlama imkanları sürətlə tükənmək üzrədir və hazırda anbarlarda cəmi 20 günlük ehtiyat tutumu qalıb.Bloomberg agentliyinin məlumatına görə
ABŞ-nin tətbiq etdiyi dəniz blokadası nəticəsində ixrac təxminən 70% azalıb. Bu səbəbdən Hörmüz boğazı vasitəsilə daşımalar, demək olar ki, dayanıb və tanker keçidləri faktiki olaraq mümkün deyil.
İxrac imkanlarının məhdudlaşması səbəbindən Tehran may ayının ortalarınadək gündəlik neft hasilatını əlavə olaraq 1,5 milyon barel azalda bilər. Bundan əlavə, Səudiyyə Ərəbistanı, İraq, Küveyt və BƏƏ-də fəaliyyət göstərən şirkətlər də hasilatı azaltmağa başlayıblar.Qeyd olunur ku, buna baxmayaraq, maliyyə təsiri dərhal hiss olunmayacaq, çünki neft daşımalarının alıcılara çatması və ödənişlərin həyata keçirilməsi vaxt aparır. Bu isə artan təchizat çatışmazlığına baxmayaraq, İrana bir neçə ay vaxt qazandırır.




