Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97290.00%Brent104.34$3.06%Qızıl7,363.900.00%TRY/AZN0.03500.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

420 qadın sahibkara 12,5 milyon manat güzəştli kredit verilib

Biznes TV1 min read
Share
420 qadın sahibkara 12,5 milyon manat güzəştli kredit verilib
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Bu ilin yanvar-noyabr ayları ərzində Sahibkarlığın İnkişafı Fondunun (SİF) güzəştli kreditlərindən 420 qadın sahibkar yararlanıb və onların layihələrinə ümumilikdə 12,5 milyon manat güzəştli kredit verilib.

BiznesTV bu barədə Fonda istinadən xəbər verir.

Fondun məlumatına görə, hesabat dövründə 151 gənc sahibkar təqdim etdikləri layihələr üzrə ümumilikdə 6,2 milyon manat güzəştli kredit əldə edib.

Hesabat dövründə Fond ümumilikdə 5 144 layihənin maliyyələşdirilməsinə 211,7 milyon manat güzəştli kredit verib. Kreditlər hesabına 3861 yeni iş yerinin yaradılması nəzərdə tutulur.