Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97290.00%Brent104.09$3.29%Qızıl7,363.900.00%TRY/AZN0.03500.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

Agentlik nümayəndəsi: Azərbaycan İnnovasiya Mərkəzinin 111 texnopark rezidenti var

Biznes TV2 min read
Share
Agentlik nümayəndəsi: Azərbaycan İnnovasiya Mərkəzinin 111 texnopark rezidenti var
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Azərbaycanda gələcəkdə vençur fondların sayının artması gözlənilir.

Bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnvestisiyalar və Ekosistemə Dəstək Şöbəsinin müdiri Ağahüseyn Əhmədov dekabrın 13-də keçirilən “Digital.Azerbaijan: Nailiyyətlər və IDDA Awards 2024” mərasimində çıxışı zamanı bildirib.

Azərbaycan İnnovasiya Mərkəzinin fəaliyyəti ilə bağlı məlumat verən Ağahüseyn Əhmədov qeyd edib ki, indiyədək Mərkəzdə 33 tədbir təşkil olunub və bu tədbirlərdə 1500 nəfər iştirak edib. Hal-hazırda Mərkəzin 111 texnopark rezidenti mövcuddur.

“İnnovasiya mədəniyyətinin inkişafı istiqamətində agentliyimiz, mindən çox üzvü olan 8 icmaya dəstək göstərib. Bu çərçivədə keçirilən 40-dan çox tədbirə 5 mindən artıq iştirakçı qatılıb. Eyni zamanda, innovasiya mədəniyyətinin daha geniş yayılması məqsədilə agentliyin nümayəndələri 7 beynəlxalq tədbirdə iştirak edib. Gənclər arasında böyük maraq doğuran IDDA Awards mükafatı üçün isə bu il 183 namizəd müraciət edib,” – deyə Əhmədov əlavə edib.