Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97290.00%Brent104.34$3.06%Qızıl7,363.900.00%TRY/AZN0.03500.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

Azərbaycanda 4 bağlanmış bankın əmlakları – HƏRRACA ÇIXARILIR

Biznes TV2 min read
Share
Azərbaycanda 4 bağlanmış bankın əmlakları – HƏRRACA ÇIXARILIR
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

İyulun 20-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Texnikabank”, “AGBank”, “Qafqaz İnkişaf Bankı” ASC-lərin və “Bank Standard” QSC-nin daşınmaz əmlaklarının satışı üzrə açıq hərrac keçiriləcək.

BiznesTV bu barədə bankların ləğvedicisi – Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna (ADIF) istinadən xəbər verir.

Məlumata görə, satışa çıxarılan əmlaklar bunlardır:

  • **“Texnikabank”**a məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, ev 85v ünvanında yerləşən 130,8 kv.m-lik fərdi yaşayış evi (42 min manat),
  • **“AGBank”**a məxsus Şamaxı şəhəri, Məhəmməd Hadi küçəsi, ev 21 ünvanında yerləşən 65,2 kv.m-lik mənzil (22 min manat),
  • **“Qafqaz İnkişaf Bankı”**na məxsus Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi 44 ünvanında yerləşən 0,8105 ha torpaq sahəsi (3 milyon manat),
  • **“Bank Standard”**a məxsus Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti 261, b4 ünvanında yerləşən 44,2 kv.m-lik mənzil (45 min manat).

Qeyd edək ki, hərrac açıq formada keçiriləcək və bütün maraqlı şəxslər iştirak edə bilərlər.