Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97840.00%Brent104.00$2.76%Qızıl7,494.820.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
World

AZƏRBAYCANDAN İRANA NÖVBƏTİ HUMANİTAR YARDIM

Biznes TV1 min read
Share
AZƏRBAYCANDAN İRANA NÖVBƏTİ HUMANİTAR YARDIM

AZƏRBAYCANDAN İRANA NÖVBƏTİ HUMANİTAR YARDIM NOVRUZ SOVQATI VƏ BAYRAM MƏHSULLARI DA GÖNDƏRİLDİ

Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il 8 mart tarixində baş tutan telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınıb. Humanitar yardıma ümumi həcmi 82 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir. Yardım 5 yük avtomobili vasitəsilə göndərilib. Humanitar yardımın Novruz bayramı ərəfəsində göndərilməsi nəzərə alınaraq, yük avtomobillərinə müvafiq Novruz sovqatı və bayram məhsulları da əlavə olunub. Qeyd edək ki, bundan əvvəl Azərbaycandan İrana ilk humanitar yardım martın 10-da yola salınıb.

iqtisadiyyatiransiyasixəbərlər

Related stories

GÜRCÜSTAN MİQRANTLARI ÖLKƏDƏN ÇIXARIR
World

GÜRCÜSTAN MİQRANTLARI ÖLKƏDƏN ÇIXARIR

GÜRCÜSTAN MİQRANTLARI ÖLKƏDƏN ÇIXARIR4 MİN NƏFƏR DEPORTASİYA OLUNACAQ 2026-cı ildə Gürcüstandan ən azı 4 min qeyri-qanuni miqrantın çıxarılması planlaşdırılır. Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, ötən il Gürcüstanda təqribən 20 min qanunsuz miqrant olub. “Son bir il ərzində Gürcüstandan son 10 illə müqayisədə daha çox qanunsuz miqrant çıxarılıb. […]

1 min read
NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ
Politics

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİQIRĞIZISTAN HÖKUMƏTİ YANACAĞIN ÖLKƏYƏ İDXALINI İSƏ SADƏLƏŞDİRİB Qırğızıstan hökuməti ölkədən neft və neft məhsullarının ixracına tam qadağa tətbiq edib. Nazirlər Kabinetinin qərarında bildirilir ki, bu addım daxili bazarın sabit fəaliyyətini təmin etmək məqsədilə atılıb. Bundan əvvəl yanacağın ixracına qoyulan qadağa yalnız Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara daşınan məhsullara şamil […]

2 min read
RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR
Politics

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİRVƏZİYYƏTDƏN SUİ-İSTİFADƏ ETMƏK İSTƏYƏNLƏRƏ XƏBƏRDARLIQ EDİLDİ Rusiya bazarında yanacaq çatışmazlığı var. Bu ölkənin Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, dron uçuşları səbəbindən neft emalı zavodları qismən sıradan çıxdığı üçün bazarda yanacaq çatışmazlığı mövcuddur. Novak hakimiyyət orqanlarının neft emalı zavodlarının qorunmasını gücləndirmək üçün əlindən gələni etdiyini deyib. Bildirib ki, Rusiyanın kifayət qədər […]

1 min read
ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQ
Politics

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQ

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQTRAMP İRANIN BLOKADASININ BƏRPA OLUNDUĞUNU ELAN EDIB Hörmüz boğazı açıq qalacaq və ABŞ-ın onun təhlükəsizliyini təmin edəcək. Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb. Bildirib ki, Hörmüz boğazı açıqdır və İranın istəyindən asılı olmayaraq açıq qalacaq. Biz “İran blokadası”nı bərpa edirik. Bu blokada yalnız İranın gəmilərinin və […]

2 min read