Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97290.00%Brent104.42$2.98%Qızıl7,363.900.00%TRY/AZN0.03500.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

COP29: İqlim səbəbli miqrasiya və məcburi köçkünlük mövzusu müzakirə edildi

Biznes TV1 min read
Share
COP29: İqlim səbəbli miqrasiya və məcburi köçkünlük mövzusu müzakirə edildi
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Bakıda keçirilən COP29 çərçivəsində, Parlament Görüşünün sonuncu sessiyası “İnsan mobilliyinə və iqlim dəyişikliyinə gedən yol: iqlim səbəbli miqrasiya və məcburi köçkünlüyün həlli” mövzusuna həsr olunub. Sessiya, Milli Məclisin deputatı Qaya Məmmədovun moderatorluğu ilə baş tutub.

Tədbirdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Mişel Yonetani, “Refugees International”ın təmsilçisi Ayoo Hellen və Tailand Parlamentinin üzvü Sanivan Buaban iqlim dəyişikliyinin miqrasiya və məcburi köçkünlüyə təsirlərini müzakirə ediblər. Xüsusilə qadın və uşaqların bu vəziyyətdə daha çox təsirləndiyi vurğulanıb.

Çıxışçılar parlamentlərin bu problemləri həll etmək, miqrantların müdafiəsini təmin etmək və beynəlxalq əməkdaşlığı təşviq etmək rolunu önə çəkiblər. Sessiya interaktiv müzakirələrlə yekunlaşıb, sosial təsirlərə qarşı strategiyaların inkişaf etdirilməsi mövzusunda fikir mübadiləsi aparılıb.

Mənbə: AZƏRTAC