Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.96610.00%Brent107.39$2.66%Qızıl7,360.300.00%TRY/AZN0.03500.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

Dəbdəbəli toyun gizli detalları

Biznes TV2 min read
Share
Dəbdəbəli toyun gizli detalları

Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin sabiq rəis müavini Elgün Feyzullayevin qızının toy mərasimi sosial şəbəkələrdə və mətbuatda geniş müzakirələrə səbəb olub. Yeniavaz.com xəbər verir ki, Paytaxtın "Böyük Saray" şadlıq sarayında baş tutan dəbdəbəli məclisdə şou-biznesin tanınmış simaları — Xalq artistləri Aygün Kazımova, Röya Ayxan, eləcə də Türkiyənin məşhur müğənnisi Demet Akalın və digər ulduzlar çıxış edib. Toy görüntüləri qısa zamanda sosial mediada sürətlə yayılıb.Mərasimlə bağlı məlumatlar mətbuatda yer aldıqdan sonra diqqət çəkən məqamlardan biri də Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəsmi saytı ilə bağlı olub. İddialara görə, qurum toyla bağlı xəbərlər tirajlandıqdan sonra Elgün Feyzullayevin adını rəsmi internet resursundan çıxarıb. Sabiq rəis müavininin gəlin köçən qızı Sitarə Feyzullayevanın da fəaliyyəti diqqətdən yayınmayıb. O, hazırda Dövlət Neft Şirkətinin Dubay şəhərindəki ofisində ticarət üzrə analitik vəzifəsində çalışır. Araşdırmalar göstərir ki, Elgün Feyzullayevin ailə üzvləri və yaxın qohumları uzun illər müxtəlif dövlət strukturlarında mühüm postlar tutublar. Ailənin tanınmış üzvlərindən biri də Elgün Feyzullayevin əmisi oğlu Tural Feyzullayevdir. O,28 yaşında “Tərəqqi” medalı alıb. Daha əvvəl Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsində sektor müdiri vəzifəsində işləyib. Tural Feyzullayev hazırda Mərkəzi Bankda baş direktor vəzifəsində çalışır.

toy#biznestvsonxəbərxəbərlərdəbdəbəlitoy