Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97630.00%Brent99.24$1.35%Qızıl7,541.610.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
Politics

DÜNYANIN ƏN ZƏNGİN SİLAH SAHİBKARI OLDU

Biznes TV2 min read
Share
DÜNYANIN ƏN ZƏNGİN SİLAH SAHİBKARI OLDU

DÜNYANIN ƏN ZƏNGİN SİLAH SAHİBKARI OLDU SƏRVƏTİNİ UKRAYNAYA HƏRBİ SURSAT SATMAQLA ARTIRDI

Çexiyanın müdafiə şirkəti «Czechoslovak Group» səhmlərini ilk dəfə bazarda satandan sonra şirkətin sahibi və baş direktoru Mixal Strnadın sərvəti 37 milyard dollara çatıb və o, dünyanın ən zəngin silah sahibkarı olub. FED.az xəbər verir ki,cəmi 33 yaşı olan Strnad şirkəti atasından miras alıb. 21 yaşında CSG-nin baş direktoru, beş il sonra isə sahibi olub. 2025-ci ilin mayında o, Şərqi Avropanın ən varlı adamı seçilib.Czechoslovak Group Avropanın aparıcı artilleriya və ağır hərbi texnika istehsalçılarındandır. Şirkət məhsullarını Ukrayna və NATO ölkələrinə tədarük edir və 14 000-dən çox işçini işlə təmin edir. «Czechoslovak Group»un ulduzu Ukrayna müharibəsindən sonra parlayıb. «Reuters» agentliyinin məlumatına görə, Ukrayna müaribəsin başlayandan sonra sursat, hərbi yük maşınları, zirehli maşınlar və raket buraxıcılarının istehsalı sayəsində «Czechoslovak Group» Avropada ən sürətlə böyüyən müdafiə şirkətlərindən birinə çevrilib.Şirkət 2024-cü ildə gəlirlərinin üçdə birini bu münaqişədən əldə edib və artıq Ukraynada iri çaplı artilleriya mərmilərinin istehsalına başlayıb. «Bloomberg» agentliyinin tərtib etdiyi «Milyarderlər İndeksi»nə görə, o, dünyanın 40 yaşdan kiçik üçüncü ən varlı insanıdır. https://fed.az/az/birja/33-yasli-is-adami-ukraynaya-silah-satmaqla-dunyanin-37-mi%CC%87lyard-topladi-si%CC%87lah-baronu-250235 https://valyuta.az/news/o-40-yasina-qeder-milyarder-olmus-3-neferden-biridir

pulqlobalsilahsiyasixəbərlər

Related stories

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ
Politics

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİQIRĞIZISTAN HÖKUMƏTİ YANACAĞIN ÖLKƏYƏ İDXALINI İSƏ SADƏLƏŞDİRİB Qırğızıstan hökuməti ölkədən neft və neft məhsullarının ixracına tam qadağa tətbiq edib. Nazirlər Kabinetinin qərarında bildirilir ki, bu addım daxili bazarın sabit fəaliyyətini təmin etmək məqsədilə atılıb. Bundan əvvəl yanacağın ixracına qoyulan qadağa yalnız Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara daşınan məhsullara şamil […]

2 min read
RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR
Politics

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİRVƏZİYYƏTDƏN SUİ-İSTİFADƏ ETMƏK İSTƏYƏNLƏRƏ XƏBƏRDARLIQ EDİLDİ Rusiya bazarında yanacaq çatışmazlığı var. Bu ölkənin Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, dron uçuşları səbəbindən neft emalı zavodları qismən sıradan çıxdığı üçün bazarda yanacaq çatışmazlığı mövcuddur. Novak hakimiyyət orqanlarının neft emalı zavodlarının qorunmasını gücləndirmək üçün əlindən gələni etdiyini deyib. Bildirib ki, Rusiyanın kifayət qədər […]

1 min read
ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQ
Politics

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQ

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQTRAMP İRANIN BLOKADASININ BƏRPA OLUNDUĞUNU ELAN EDIB Hörmüz boğazı açıq qalacaq və ABŞ-ın onun təhlükəsizliyini təmin edəcək. Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb. Bildirib ki, Hörmüz boğazı açıqdır və İranın istəyindən asılı olmayaraq açıq qalacaq. Biz “İran blokadası”nı bərpa edirik. Bu blokada yalnız İranın gəmilərinin və […]

2 min read
“ƏRDOĞAN OLMASAYDI, BU ZİRVƏ GÖRÜŞÜNƏ GƏLMƏZDİM”
Politics

“ƏRDOĞAN OLMASAYDI, BU ZİRVƏ GÖRÜŞÜNƏ GƏLMƏZDİM”

“ƏRDOĞAN OLMASAYDI, BU ZİRVƏ GÖRÜŞÜNƏ GƏLMƏZDİM”TRAMP NATO SAMMİTİ ÜÇÜN ANKARADADIR ABŞ Prezidenti Donald Tramp NATO sammitinə Türkiyədə keçirildiyinə görə qatıldığını bildirib.“Report” xəbər verir ki, Tramp NATO ilə bağlı çox məyus olduğunu deyib.”Mən NATO ilə bağlı çox məyus olduğumu demişəm, Ərdoğan olmasaydı, bu zirvə görüşünə gəlməzdim. Ərdoğan çox güclü lider, çox güclü insandır. Bu sammitin Türkiyədə […]

2 min read