Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97290.00%Brent105.00$2.44%Qızıl7,363.900.00%TRY/AZN0.03500.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

İtaliya-Azərbaycan dəyirmi masası keçirilib

Biznes TV1 min read
Share
İtaliya-Azərbaycan dəyirmi masası keçirilib

İtaliya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi müzakirə olunub, bir sıra sənədlər imzalanıb.

Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfəri çərçivəsində İtaliyanın Müəssisələr və “Made in Italy” Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İtaliya Sənaye Konfederasiyasının (“Confindustria”) birgə təşkilatçılığı ilə İtaliya – Azərbaycan dəyirmi masası keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı enerji sektoru, kimya sənayesi, avtomobil istehsalı, mühəndislik, əczaçılıq, kənd təsərrüfatı, metallurgiya, tikinti, qida və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın sahibkar iştirak edib.