Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97290.00%Brent104.61$2.81%Qızıl7,363.900.00%TRY/AZN0.03500.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

“Kapital Bank” 25 mln. dollar həcmində istiqraz buraxır

Biznes TV1 min read
Share
“Kapital Bank” 25 mln. dollar həcmində istiqraz buraxır
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

“Kapital Bank” ASC 25 milyon dollar həcmində istiqraz buraxır.

“APA-Economics” xəbər verir ki, 29 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcək. 7% gəlirlilik təklif edilən faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazları sayı 250 min ədəd, ilkin ticarət qiyməti 100 dollardır.