Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97840.00%Brent108.29$0.61%Qızıl7,494.820.00%TRY/AZN0.03510.00%Uçot dərəcəsi7.25%0.00%
Politics

KRİPTOVALYUTA İLƏ VARLANMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ

Biznes TV1 min read
Share
KRİPTOVALYUTA İLƏ VARLANMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ

KRİPTOVALYUTA İLƏ VARLANMAQ İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ ƏMƏLİYYATLAR İZLƏNƏCƏK VƏ QEYDƏ ALINACAQ

Azərbaycanda bütün kriptovalyuta əməliyyatları izləniləcək və qeydə alınacaq. Bu addımın məqsədi vergidən yayınma və çirkli pulların yuyulmasının qarşısını almaqdır. Ölkəmiz 2028-ci ildən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hazırladığı CARF adlı beynəlxalq standartı tətbiq edəcək. CARF – Kripto-aktivlər üzrə Hesabatlılıq Çərçivəsidir. Bu çərçivə sayəsində kripto aktivlərlə bağlı məlumatlar toplanacaq və ölkələr arasında paylaşılacaq. Məlumatlar əsasən mərkəzləşdirilmiş kripto birjalara, bəzi mərkəzləşdirilməmiş platformalara, kripto bankomatlara və brokerlərə şamil olunacaq. Toplanan məlumatlar gələcəkdə həm vergi hesabatı üçün, həm də kripto aktiv sahiblərini müəyyən etmək üçün istifadə oluna bilər. Hazırda 75 ölkə CARF standartını tətbiq etməyi öhdəsinə götürüb .

kriptovalyutapulrisksiyasixəbərlər

Related stories

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ
Politics

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİ

NEFT MƏHSULLARININ İXRACI TAM QADAĞAN EDİLDİQIRĞIZISTAN HÖKUMƏTİ YANACAĞIN ÖLKƏYƏ İDXALINI İSƏ SADƏLƏŞDİRİB Qırğızıstan hökuməti ölkədən neft və neft məhsullarının ixracına tam qadağa tətbiq edib. Nazirlər Kabinetinin qərarında bildirilir ki, bu addım daxili bazarın sabit fəaliyyətini təmin etmək məqsədilə atılıb. Bundan əvvəl yanacağın ixracına qoyulan qadağa yalnız Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara daşınan məhsullara şamil […]

2 min read
RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR
Politics

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİR

RUSİYADA YANACAQ BÖHRANI DƏRİNLƏŞİRVƏZİYYƏTDƏN SUİ-İSTİFADƏ ETMƏK İSTƏYƏNLƏRƏ XƏBƏRDARLIQ EDİLDİ Rusiya bazarında yanacaq çatışmazlığı var. Bu ölkənin Baş nazirinin müavini Aleksandr Novak bildirib ki, dron uçuşları səbəbindən neft emalı zavodları qismən sıradan çıxdığı üçün bazarda yanacaq çatışmazlığı mövcuddur. Novak hakimiyyət orqanlarının neft emalı zavodlarının qorunmasını gücləndirmək üçün əlindən gələni etdiyini deyib. Bildirib ki, Rusiyanın kifayət qədər […]

1 min read
QANUNA GÖRƏ PARLAMENTDƏ MÜBAHİSƏ DÜŞDÜ
Politics

QANUNA GÖRƏ PARLAMENTDƏ MÜBAHİSƏ DÜŞDÜ

QANUNA GÖRƏ PARLAMENTDƏ MÜBAHİSƏ DÜŞDÜ“KRAUDFANDINQ” ADI FİKİR AYRILIĞINA SƏBƏB OLDU “Qanunun qəbulu mövcud qanunvericiliyə bir sıra yeni anlayışlar gətirir və bunlar beynəlxalq anlayışlardır. Bu anlayışlarla dilimiz daha da zənginləşir. Biz anlayışları dəyişdirsək, Azərbaycan dilində hansısa sözlə əvəz etsək, bütövlükdə bu qanunların effektivliyinə mane olarıq”. APA xəbər verir ki, bunu Milli Məclisin iclasında komitə sədri Əli […]

2 min read
ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQ
Politics

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQ

ABŞ HÖRMÜZƏ GÖRƏ 20% ÖDƏNİŞ ALACAQTRAMP İRANIN BLOKADASININ BƏRPA OLUNDUĞUNU ELAN EDIB Hörmüz boğazı açıq qalacaq və ABŞ-ın onun təhlükəsizliyini təmin edəcək. Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb. Bildirib ki, Hörmüz boğazı açıqdır və İranın istəyindən asılı olmayaraq açıq qalacaq. Biz “İran blokadası”nı bərpa edirik. Bu blokada yalnız İranın gəmilərinin və […]

2 min read