Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97290.00%Brent103.73$3.62%Qızıl7,363.900.00%TRY/AZN0.03500.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

SOCAR ilə İtaliya bankı arasında maliyyə vəsaitinin cəlb edilməsinə dair müqavilə imzalanıb

Biznes TV1 min read
Share
SOCAR ilə İtaliya bankı arasında maliyyə vəsaitinin cəlb edilməsinə dair müqavilə imzalanıb
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İtaliyanın “İntesa Sanpaolo” bankı arasında maliyyə vəsaitinin cəlb edilməsinə dair müqavilə imzalanıb.

BiznesTV SOCAR-a istinadən xəbər verir ki, SOCAR-ın vitse-prezidenti Zaur Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın Milan şəhərində səfərdə olub.

Görüşdə “Intesa Sanpaolo” bankı ilə SOCAR arasında maliyyə vəsaitinin cəlb edilməsinə dair müqavilə imzalanıb.

Eyni zamanda, səfər çərçivəsində SOCAR-ın beynəlxalq maliyyə bazarında tədavüldə olan istiqrazları üzrə İtaliyadan olan mövcud və potensial investorlar ilə görüşlər keçirilib.

Görüşlərdə maliyyə bazarındakı son vəziyyət, SOCAR-ın maliyyə göstəriciləri, reytinqləri və yaşıl enerji sahəsindəki planları ilə bağlı geniş təqdimat edilib.