Skip to main content
Biznes TV
Markets
USD/AZN1.70000.00%EUR/AZN1.97290.00%Brent105.00$2.44%Qızıl7,363.900.00%TRY/AZN0.03500.00%Uçot dərəcəsi7.25%0.00%
Economy

Tədavülə yeni 3 qəpiklik buraxıldı

Biznes TV2 min read
Share
Tədavülə yeni 3 qəpiklik buraxıldı
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən 1, 5, 10, 20 və 50 qəpiklik metal pul nişanlarına analoji olaraq 3 qəpiklik metal pul nişanının da yenilənməsi həyata keçirilib.

Biznes TV xəbər verir ki, bununla bağlı AMB məlumat yayıb.

Bildirilib ki, istehsal və yenilənmə prosesləri 2023-cü ildə həyata keçirilmiş 3 qəpiklik pul nişanı AMB tərəfindən mövcud ehtiyatlar və dövriyyənin tələbi nəzərə alınaraq tədavülə buraxılıb.

Yenilənmiş 3 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Respublikasının Dövlət Gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub.

Yenilənmiş 3 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Yenilənmiş 3 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.