ŞADLIQ SARAYINDA YOXLAMA YEMƏKLƏRDƏKİ ƏTDƏ AT DNT-Sİ AŞKARLANDI
Nizami rayonundakı “Alp Delux” şadlıq evində hazırlanan yeməklərdəki ətlərdə at DNT-si aşkarlanıb.Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, həmin ət dövriyyədən çıxarılaraq istehlaka təqdim olunmasının qarşısı alınıb.Bundan başqa restorana baxış zamanı obyektdə soyuq qəlyanaltıların və isti yeməklərin hazırlanması sahələrində havalandırma sisteminin quraşdırılmadığı, qida ilə təmasda olan səthlərin yuyulabilən və dezinfeksiyaya davamlı materialla üzlənmədiyi, anbar sahəsində tavanda yerləşən su xətlərinin izolyasiya olunmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı müəyyən edilib.Şübhəli hallar səbəbilə istehlaka təqdim edilən ətlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Sınaq nəticəsində nümunələrdə at DNT-si aşkarlanıb. Nöqsanlarla bağlı obyektin rəhbəri barəsində inzibati protokol tərtib edilib




