“GADAMLY” İLK QURU YÜK GƏMİSİ BAKI LİMANINA ÇATDI
“GADAMLY” İLK QURU YÜK GƏMİSİ BAKI LİMANINA ÇATDI
YENİ GƏMİNİN İSTİSMARI İLƏ BAKI LİMANININ DÖVRİYYƏ ARTACAQ
“Azərbaycan Dəmir Yolları” QSC-nin Türkmənistanda inşa edilən “Gadamly” ilk quru yük gəmisi Bakı Beynəlxalq Dəniz Limanına çatıb və gəminin rəsmi qarşılanma mərasimi olub. Gəmi Bakı və Türkmənbaşı limanları arasında müntəzəm konteyner daşımalarına cəlb ediləcək.
Yeni gəminin istismara verilməsi Orta Dəhliz, o cümlədən bu dəhlizin Avrasiya Nəqliyyat Marşrutunun inkişafı baxımından mühüm hadisə hesab olunur.
Yükgötürmə qabiliyyəti 6 100 ton olan, 240 ədəd 20 futluq konteyner daşımaq imkanına malik “Gadamly” gəmisinin istismara verilməsi Bakı Limanının illik yükaşırma göstəricilərinin artımına da müsbət təsir göstərəcək.




