İŞSİZ QALANLARIN KREDİT BORCU SIĞORTALANACAQİŞİNİ İTİRƏNİN BORCUNU KİM ÖDƏYƏCƏK?
Azərbaycanda işsizlikdən sığorta təminatı verən yeni məhsul hazırlanır.”Unikal” xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. Hazırlanan qaydalara əsasən, kredit götürən şəxs işini özündən asılı olmayan səbəbdən itirərsə və kreditini ödəyə bilməzsə, müəyyən şərtlər daxilində ödənişləri sığorta şirkəti qarşılayacaq.Deputat Vüqar Bayramov bildirib ki, O bildirib ki, borcalanların həyatı, ölümü və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması artıq tətbiq olunur və bu Mərkəzi Bankın qaydaları ilə tənzimlənir.Yeni mexanizm isə məhz işsizlik riskini əhatə edəcək.
Onun sözlərinə görə, bəzi vətəndaşlar kredit götürdükdən sonra müəssisənin bağlanması, ixtisar və ya digər özlərindən asılı olmayan səbəblərlə işsiz qalırlar. Belə hallarda kredit ödənişlərini vaxtında etmək çətinləşir. Yeni sığorta sistemi tətbiq edilərsə, sığorta hadisəsi baş verdikdə kredit üzrə öhdəliklərin müəyyən hissəsi və ya qaydalarda nəzərdə tutulan hissəsi sığorta şirkəti tərəfindən ödənilə biləcək.
Deputat qeyd edib ki, bu mexanizm həm kredit götürən şəxslərin maliyyə yükünü azaldacaq, həm də bankların problemli kredit riskini aşağı salacaq.Bununla yanaşı, yeni sığorta növü kredit götürənlər üçün əlavə xərc yarada bilər. Çünki sığortadan istifadə edən şəxs sığorta haqqı ödəməlidir. Vüqar Bayramov hesab edir ki, Azərbaycanda kredit faizləri yüksək olduğundan banklar faiz dərəcələrində müəyyən endirim etməklə bu əlavə xərci kompensasiya edə bilərlər. Belə olacağı halda vətəndaşlar üçün əlavə maliyyə yükü yaranmadan yeni sığorta mexanizmini tətbiq etmək mümkün olar.Deputatın fikrincə, kredit risklərinin işsizlik halında sığortalanmasını nəzərdə tutan qaydaların qısa müddətdə təsdiqlənməsi həm vətəndaşların sosial müdafiəsini gücləndirəcək, həm də bank sektorunda risklərin idarə olunmasını yaxşılaşdıracaq.

