KİMLƏR PENSİYAYA VAXTINDAN ƏVVƏL ÇIXA BİLƏR?
MİLLƏT VƏKİLİ DETALLARI BÖLÜŞDÜ
İyul ayından Azərbaycanda qadınlar və kişilər üçün pensiya yaşı bərabərləşib. Bununla yanaşı, bəzi vətəndaşlar qanunla müəyyən edilən güzəştlər əsasında pensiyaya daha tez çıxa bilərlər. “Unikal” xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bilditib ki,“Əmək pensiyaları haqqında” qanuna görə, beş və daha çox uşağı olan, həmçinin əlilliyi olan uşağı böyüdən valideynlər pensiyaya 5 il tez çıxmaq hüququna malikdirlər.Bundan başqa, yeraltı, ağır və zərərli şəraitdə çalışan şəxslər, mülki aviasiyanın uçuş heyəti, eləcə də bəzi dövlət qurumlarında çalışanlar da müəyyən şərtlərlə pensiyanı daha erkən ala bilirlər.
Qanunda həmçinin hipofiz cırtdanlığı -liliputluq və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslər üçün də pensiya yaşının 20 il azaldılması nəzərdə tutulur.Vüqar Bayramov bildirib ki, gələcəkdə daha çox vətəndaşın erkən pensiya hüququndan yararlanması ilə bağlı təkliflər də irəli sürülüb.

