İSMAYILLIDA SAHİBKARLARLA GÖRÜŞ KEÇİRİLDİ
İSMAYILLIDA SAHİBKARLARLA GÖRÜŞ KEÇİRİLDİ
PROBLEMLƏR VƏ TƏKLİFLƏR DİNLƏNİLDİ
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda sahibkarlarla görüş keçirilib. Məqsəd rayonda sahibkarlığın inkişafına dair biznes subyektlərinin təklif və ehtiyaclarının öyrənilməsi, həmçinin dövlətin mövcud dəstək mexanizmləri barədə onların məlumatlandırılmasıdır. Tədbirdə kənd təsərrüfatı, arıçılıq, ictimai iaşə, bağçılıq sahələrində fəaliyyət göstərən 70-ə yaxın biznes subyekti, eləcə də sahibkarlara dəstək və xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Görüşdə sahibkarların heyvandarlıq sahəsinin genişləndirilməsinə dəstək, güzəştli kreditlərin alınması, satımalma prosesində KOB-ların iştirakı, tikiş müəssisəsinə mütəxəssislərin cəlb edilməsinə dəstək və s. kimi istiqamətlərdə müraciətləri dinlənilib, sualları cavablandırılıb. https://azertag.az/xeber/ismayillida_sahibkarligin_inkisafina_dair_gorus_teskil_olunub-4151679




