ABŞ Senatına təqdim olunan qanun layihəsi “Mercedes-Benz”ə ciddi zərbə vura bilər.Sənəd çinli investorların 15%-dən çox paya sahib olduğu istehsalçıların avtomobillərinin ABŞ-yə idxal edilməsini, həmçinin orada istehsal olunmasını və ya satılmasını qadağan etməyi nəzərdə tutur. “Mercedes”də məhz belə bir vəziyyət yaranıb.
“Mercedes” səhmlərinin təxminən 10%-i Çinin BAIC avtomobil istehsalçısına, daha 10%-ə yaxını isə çinli iş adamı Li Şufuya məxsusdur. Lakin “Mercedes” hesab edir ki, ABŞ qanun layihəsinin şamil edildiyi subyektlərə aid deyil, çünki heç bir fərdi çinli səhmdar 10%-dən çox paya sahib deyil.
İri səhmdarlar Müşahidə Şurasında təmsil olunmurlar və şirkətin idarə edilməsi ilə bağlı qərarlar qəbul edə bilməzlər.Qeud edək ki,
ABŞ “Mercedes” üçün ikinci ən böyük satış bazarıdır. Qanun layihəsi şəbəkəyə qoşulan yəni GPS, “Wi-Fi” və ya mobil rabitə ilə təchiz olunan avtomobillərə şamil edilir.

