14 GÜN QEYRİ-İŞ GÜNÜ OLACAQ
QURBAN BAYRAMI VƏ 28 MAY ÜST-ÜSTƏ DÜŞDÜ
2026-cı ilin istehsalat təqviminə əsasən, may ayında Azərbaycanda qeyri-iş günlərinin sayı digər aylarla müqayisədə daha çox olacaq. 9 May -Faşizm üzərində Qələbə Gününün şənbə gününə düşməsi səbəbindən, Əmək Məcəlləsinə uyğun olaraq 11 may bazar ertəsi də qeyri-iş günü elan ediləcək. Bununla da, 9, 10 və 11 may tarixləri ardıcıl istirahət günləri olacaq.Eyni zamanda, iki bayram – Qurban bayramı 27-28 may tarixləri və Müstəqillik Günü 28 May eyni dövrə təsadüf edir. Bu səbəbdən 29 may da qeyri-iş günü sayılacaq. Beləliklə, 27, 28, 29 may tarixləri ilə yanaşı, 30 və 31 may həftəsonu da istirahət günləri olacaq.Nəticədə, may ayında şənbə-bazar günləri də daxil olmaqla ümumilikdə 14 gün qeyri-iş günü olacaq. Növbəti iş günü isə 1 iyun tarixindən başlayacaq.




