QIZIL VƏ GÜMÜŞ SATIŞI ÖLKƏ İQTİSADİYYATINA 2 MİLYARD QAZANDIRIB
QIZIL VƏ GÜMÜŞ SATIŞI ÖLKƏ İQTİSADİYYATINA 2 MİLYARD QAZANDIRIB
“AZERGOLD” 100 VERGİ ÖDƏYİCİSİ ARASINDA 20-Cİ YERDƏ QƏRARLAŞDI
Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə əsas ixracatçı dövlət şirkətlərindən biri olan “AzerGold” QSC 2026-cı ilin birinci rübündə 12 284 unsiya qızıl, 22 053 unsiya gümüşün beynəlxalq və yerli bazarlarda satışı nəticəsində ölkə iqtisadiyyatına 102,4 milyon manat vəsait cəlb edib.
“APA-Economics”in məlumatına görə, qeyd edilən dövr ərzində əldə edilən gəlirlərin 91,1 milyon manatdan çoxu ixrac əməliyyatlarının, 11,3 milyon manatdan çox hissəsi isə yerli bazarda pərakəndə satışın payına düşür. 2025-ci ilin eyni dövrü ilə müqayisədə ixrac gəlirləri 26%, pərakəndə satış gəlirləri isə 102% artıb.Beləliklə, dövlət şirkəti fəaliyyət dövrü ərzində ümumilikdə 572, 3 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satışını həyata keçirərək ölkə iqtisadiyyatına 2,04 milyard manat vəsait cəlb edib.
Fəaliyyət dövrü ərzində “AzerGold” QSC tərəfindən dövlət büdcəsinə ümumilikdə 281 milyon manat vəsait ödənilib. Bunun 242 milyon manatı vergi, 39 milyon manatı isə sosial ödənişlərin payına düşür. Milli dağ-mədən şirkəti 2025-ci il üzrə dolayı vergilər istisna olmaqla hesablaması ən çox olan 100 vergi ödəyicisi arasında 20-ci yerdə qərarlaşıb.




