Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent105,38$2,09%Qızıl7 363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Экономика

2025-Cİ İLİN İNVESTİSİYA MƏNZƏRƏSİ

Biznes TV2 мин чтения
Поделиться
2025-Cİ İLİN İNVESTİSİYA MƏNZƏRƏSİ

2025-Cİ İLİN İNVESTİSİYA MƏNZƏRƏSİ ƏSAS SƏRMAYƏDARLAR HANSI ÖLKƏLƏR OLUB?

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanda əsas kapitala 16 milyard 658.9 milyon manat investisiya yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3% artım deməkdir. Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, neft-qaz sektoruna sərmayələr 8.5% azalıb,

Qeyri-neft-qaz sektoruna yatırımlar isə 8.3% artıb.İnvestisiyaların bölgüsü belə olub. QRAFİKA:

  1. 50.6% – istehsal sahələri
  2. 33.7% – xidmət sektoru
  3. 15.7% – mənzil tikintisi Sərmayələrin 51.1%-i dövlət, 48.9%-i özəl sektor hesabına qoyulub. Ümumi investisiyanın 78%-i daxili mənbələrdən maliyyələşdirilib. Ən çox investisiya cəlb edən sahələrə gəlincə.Sənaye sahəsinə– 6.8 mlrd manat, tikintiyə 3.9 mlrd manat, nəqliyyat və logistika sahəsinə isə 3.8 mlrd manat sərmayə qoyulub. Xarici investisiyalar 31.3% artaraq 3.6 mlrd manat olub. Əsas investorlar isə Böyük Britaniya, BƏƏ, Türkiyə, ABŞ və Rusiya olub. İl ərzində Bakı, Gəncə, Mingəçevir, Xankəndi, Ağdam və digər regionlarda sənaye, enerji, logistika, təhsil və mədəniyyət obyektləri istifadəyə verilib.