Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,95280,00%Brent99,29$5,28%Qızıl7 423,930,00%TRY/AZN0,03480,00%Uçot dərəcəsi7,25%0,00%
Регионы

617 BAL YIĞAN TƏLƏBƏ BAYTARLIĞI SEÇDİ

Biznes TV1 мин чтения
Поделиться
617 BAL YIĞAN TƏLƏBƏ BAYTARLIĞI SEÇDİ

Lənkəran şəhər 8 nömrəli tam orta məktəbin məzunu Xaliq Zeynallı qəbul imtahanında 617 bal toplayaraq Xəzər Universitetində baytarlıq ixtisasını seçib. Yüksək bal toplayan abituriyentin baytarlıq ixtisasını seçməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Xaliq isə gələcəyini kənd təsərrüfatı ilə bağlamaq qərarını verdiyini bildirib.Onun seçimi “PAŞA Holding”ə daxil olan “Agro Dairy” şirkətinin də diqqətini çəkib. Şirkət Xaliqə təhsilində və gələcək fəaliyyətində istifadə etməsi üçün texniki avadanlıqlar hədiyyə edib. Bundan əlavə, Xaliqə bir il müddətinə aylıq təqaüd də təyin olunub.Görüş zamanı Xəzər Universiteti ilə “Agro Dairy” arasında əməkdaşlıq memorandumu da imzalanıb. Sənəd baytarlıq sahəsində təhsil və praktiki əməkdaşlığın inkişafını nəzərdə tutur.Xaliq Zeynallı heyvandarlıq və kənd təsərrüfatına marağı olan gəncləri bu sahələr üzrə ixtisas seçməyə çağırıb.“Agro Dairy”dən isə qeyd olunub ki, kənd təsərrüfatının inkişafı üçün peşəkar kadrlara ehtiyac artır və gənclərin bu sahəyə yönəlməsinə dəstək davam etdiriləcək.

baytarqlobalpeşəixtisasdəstək