SABİQ İCRA BAŞÇISININ ƏMLAKI SATILIR

Korrupsiya cinayətlərində təqsirli bilindikdən sonra həbsdə vəfat edən Goranboyun keçmiş icra başçısı Nizaməddin Quliyevin müsadirə edilən qeyri-yaşayış binası satışa çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, Goranboyun mərkəzində yerləşən bina 143 min manata təklif edilir.Əmlak 261 kv.metr sahədə yerləşir. Bina kommersiya və ya qeyri-yaşayış məqsədləri üçün istifadəyə hazır vəziyyətdədir.Alıcısı ilk olaraq 14 min 300 manat beh verməlidir. Xatırladaq ki, Nizaməddin Quliyev 2019-cu ildə həbs edilib. 8 il 6 ay azadlıqdan məhrum edilən Quliyev 2021-ci ildə həbsdə koronavirusdan vəfat edib





