Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent109,00$7,70%Qızıl7 494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Экономика

Azərbaycana ən çox investisiya yatırımı edən ölkələr

Biznes TV2 мин чтения
Поделиться
Azərbaycana ən çox investisiya yatırımı edən ölkələr
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Bu ilin ilk 9 ayında xarici maliyyə mənbələrindən əsas kapitala 2,1 milyard manat investisiya yatırılıb.

Bu barədə Biznes TV Mərkəzi Bankın “Pul siyasəti icmalı”na istinadən xəbər verir.

Məlumatda bildirilir ki, bu dövr ərzində xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilən vəsaitin 95,9%-i Birləşmiş Krallıq, ABŞ, İsveçrə, Türkiyə, Yaponiya, Rusiya, Norveç, İran, Hindistan, BƏƏ, Qırğızıstan və Fransa sərmayədarlarına məxsus olub.

“2024-cü ilin 9 ayında ölkədə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala investisiya axını davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici maliyyə mənbələrindən əsas kapitala yatırılan investisiyalar ümumi investisiya dəyərinin 16,8%-ni təşkil edib.

İnvestisiya cəlb olunan ölkələrin siyahısı Azərbaycan iqtisadiyyatına həm ənənəvi ticarət tərəfdaşlarının, həm də müxtəlif regionlardan olan qlobal sərmayədarların marağını nümayiş etdirir. Bu isə ölkə iqtisadiyyatının qlobal iqtisadi sistemə inteqrasiyasının daha da dərinləşdiyini göstərir,” – deyə məlumatda vurğulanır.