Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97290,00%Brent106,10$1,42%Qızıl7 363,900,00%TRY/AZN0,03500,00%Uçot dərəcəsi7,25%0,00%
Экономика

AZƏRBAYCANDA İLK SUPERKOMPÜTER MƏRKƏZİ QURULDU

Biznes TV1 мин чтения
Поделиться
AZƏRBAYCANDA İLK SUPERKOMPÜTER MƏRKƏZİ QURULDU

AZƏRBAYCANDA İLK SUPERKOMPÜTER MƏRKƏZİ QURULDU DÖVLƏT MƏLUMATLARI ÜÇÜN DAHA TƏHLÜKƏSİZ MÜHİT

Azərbaycanda Superkompüter Mərkəzi qurulub. Mərkəz “AzInTelecom” tərəfindən 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası çərçivəsində yaradılıb və əsas məqsədi AI layihələrinin sürətləndirilməsi, biznes və dövlət sektorunda innovasiyaların dəstəklənməsidir. Superkompüter Mərkəzində NVIDIA H200 Qrafik Proses Modulu çipləri ilə təchiz olunan yüksək performanslı sistemlər yerləşdirilib. Bu sistemlər böyük həcmli məlumatları saniyələr içində emal edir,süni intellekt modellərinin təlimini və işləməsini xeyli sürətləndirir,adi kompüterlərdən dəfələrlə güclüdür. Bu infrastruktur sayəsində yerli süni intellekt layihələri xarici bulud və resurslardan asılı olmadan ölkə daxilində inkişaf etdiriləcək, dövlət məlumatları üçün daha təhlükəsiz mühit formalaşacaq,Azərbaycan regionda süni intellekt üzrə rəqabətədavamlı mərkəzə çevriləcək. Qeyd edək ki, “AzInTelecom” Azərbaycanın ən böyük bulud xidmətləri provayderi və “Hökumət buludu” layihəsinin icraçısıdır.