Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97630,00%Brent99,24$1,35%Qızıl7 541,610,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Экономика

AZƏRBAYCANDA ORTA AYLIQ ƏMƏKHAQQI 1151 MANATA ÇATDI

Biznes TV2 мин чтения
Поделиться
AZƏRBAYCANDA ORTA AYLIQ ƏMƏKHAQQI 1151 MANATA ÇATDI

AZƏRBAYCANDA ORTAAYLIQ ƏMƏKHAQQI 1151 MANATA ÇATDI ƏN YÜKSƏK MAAŞI HANSI SAHƏLƏRDƏ İŞLƏYƏNLƏR ALIR?

Azərbaycanda ortaaylıq əməkhaqqı 1 151 manata çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk rübündə maaş 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,2 faiz artıb.Bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

Deputat bildirib ki, hazırda əmək müqaviləsi ilə çalışanların sayı 1 milyon 797 min nəfərdir. Onların 869 mini dövlət, 928 mini isə özəl sektorda çalışır.Ən yüksək maaş mədənçıxarma sənayesində qeydə alınıb. Bu sahədə çalışanların orta maaşı 4 581 manatdır. Maliyyə və sığorta sektorunda isə orta əməkhaqqı 2 814 manat təşkil edir. Bank sektorunda çalışanlar ölkədə ikinci ən yüksək əməkhaqqı alanlardır.Ən aşağı maaş kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsindədir — 720 manat. Ticarət və avtomobil təmiri sahəsində çalışanlar orta hesabla 768 manat maaş alırlar. Təhsil sektorunda orta maaş 824 manat, elm sahəsində isə 1 048 manatdır.Vüqar Bayramov qeyd edib ki, dövlət sektorunda maaşların artırılması və optimallaşdırılması vacib olaraq qalır.

pulxəbərlər

Похожие материалы

88 milyon dollarlıq ixrac – “Azərsun Holdinq” strateji hədəflərini açıqladı
Экономика

88 milyon dollarlıq ixrac – “Azərsun Holdinq” strateji hədəflərini açıqladı

“Azərsun Holdinq”in baş icraçı direktoru Savaş Uzan mövcud iqtisadi vəziyyətlə bağlı sualları cavablandırıb. “Qafqazinfo” onunla müsahibəni təqdim edir: – Savaş bəy, bölgədə və dünyada baş verən böhranlar ərzaq təhlükəsizliyi mövzusunu yenidən gündəmə gətirir. “Azərsun Holdinq”in bu istiqamətdəki planları ilə bağlı fikrinizi öyrənmək istəyərdik… – Bildiyiniz kimi 35 ildir Azərbaycanda fəaliyyət göstərən Şirkətlər Qrupu olaraq ölkəmizin […]

4 мин чтения
AZƏRBAYCANIN DÖVLƏT BORCU NƏ QƏDƏRDİR?SON GÖSTƏRİCİLƏR MƏLUM OLDU
Экономика

AZƏRBAYCANIN DÖVLƏT BORCU NƏ QƏDƏRDİR?SON GÖSTƏRİCİLƏR MƏLUM OLDU

2026-cı il iyulun 1-nə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 4 milyard 616,8 milyon ABŞ dolları təşkil edib. Bu da proqnozlaşdırılan ÜDM-in 6 faizinə bərabərdir. Daxili dövlət borcu isə 15 milyard 982 milyon manat olub və ÜDM-in 12,2 faizini təşkil edib. Daxili dövlət borcu 2025-ci ilin eyni dövrü ilə müqayisədə 6,96% azalıb. İcmal büdcənin […]

1 мин чтения