Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent107,65$6,36%Qızıl7 494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Экономика

Bakıda VIII Beynəlxalq Bankçılıq Forumu keçiriləcək

Biznes TV1 мин чтения
Поделиться
Bakıda VIII Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

Dekabrın 3-4-də Bakıda “Mastercard”la əməkdaşlıq çərçivəsində VIII Beynəlxalq Bankçılıq Forumu keçiriləcək.

Forumun mövzusu etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıqdır. Tədbir Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mərkəzi Bankı və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi ilə təşkil olunur.

İki günlük forum, Bakıda illik keçirilən ən nüfuzlu maliyyə-bank tədbirlərindən biri olmaqla, regionun əsas maliyyə platforması hesab edilir.

Artıq 8 ildir ki, forum sənaye liderləri və maraqlı tərəflərin bir araya gələrək yeni ideyaları paylaşdığı, məhsullarını nümayiş etdirdiyi, təcrübə mübadiləsi apardığı, eləcə də maliyyə texnologiyaları, rəqəmsallaşma və ödəniş ekosistemi kimi dərin mövzuların müzakirə edildiyi önəmli platforma olaraq tanınır.

Mənbə: AZƏRTAC.