Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97630,00%Brent99,24$1,35%Qızıl7 541,610,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Экономика

“BİR PƏNCƏRƏ” İNFORMASİYA SİSTEMİ YARADILIR

Biznes TV1 мин чтения
Поделиться
“BİR PƏNCƏRƏ” İNFORMASİYA SİSTEMİ YARADILIR

“BİR PƏNCƏRƏ” İNFORMASİYA SİSTEMİ YARADILIR İDXAL-İXRAC,NƏQLİYYAT VƏ LOGİSTİKA SAHƏSİNDƏ YENİLİK

Prezident İlham Əliyev idxal–ixrac, tranzit, nəqliyyat və logistika sahəsində proseslərin rəqəmsallaşdırılması ilə bağlı yeni Fərman imzalayıb. Fərmana əsasən “Bir pəncərə” informasiya sistemi yaradılır. Yeni sistem vasitəsilə

• bütün ticarət, nəqliyyat və gömrük sənədləri elektron formada təqdim ediləcək,

• sərhədkeçmə və daşıma prosedurları onlayn idarə olunacaq,

• yükdaşıma müqavilələri elektron bağlanacaq,

• yüklər marşrut boyunca real vaxtda izlənəcək,

• ödənişlər və statistik məlumatlar vahid platformadan aparılacaq.

Sistemin sahibi Nazirlər Kabineti, operatoru isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi olacaq. “Bir pəncərə” sistemi gömrük, vergi, lisenziya, nəqliyyat, sığorta və bank sistemləri ilə Elektron Hökumət üzərindən inteqrasiya ediləcək. Bu addım ticarət əməliyyatlarını sürətləndirəcək, xərcləri azaldacaq və Azərbaycanın logistika mərkəzi kimi mövqeyini gücləndirəcək.