Перейти к содержанию
Biznes TV
Рынки
USD/AZN1,70000,00%EUR/AZN1,97840,00%Brent105,20$3,94%Qızıl7 494,820,00%TRY/AZN0,03510,00%Uçot dərəcəsi7,25%0,00%
Экономика

Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin – SƏHMDARLARI TOPLANIR

Biznes TV1 мин чтения
Поделиться
Fəaliyyətsiz qalmış “Sumqayıt Tikiş” ASC-nin – SƏHMDARLARI TOPLANIR
Arxiv şəkli — orijinal foto mənbədə mövcud deyil

24 dekabr 2024-cü il saat 13.00-da “Sumqayıt Tikiş” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

FEDaz xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələr daxildir:

1. ASC-nin idarəetmə orqanlarının 2023- cü ilə aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı.

2. “Sumqayıt Tikiş” ASC-nin idarə heyətinin sədrinin və digər idarəetmə orqanlarının seçilməsi.

3. Digər məsələlər.

Ümumi yığıncağın gündəliyinə aid materiallarla tanışlıq üçün iş günləri ASC-nin rəhbərliyinə müraciət etmək olar.

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

Bildirilir ki, ASC uzun müddət fəaliyyət göstərməmiş və hazırda da fəaliyyət göstərmir. Bu barədə keçmiş Vergilər Nazirliyinin müvafiq rəsmi sənədi vardır.

Ünvan – Sumqayıt şəhəri, kottec, 24-cü məhəllə, 1-ci keçid 38 A. ASC-nin inzibati binası